Icma.az
close
up
RU
Analitiklər Apple şirkətində rəhbər dəyişikliyi təklif edir: Yoxsa növbəti Nokia ola bilər

Analitiklər Apple şirkətində rəhbər dəyişikliyi təklif edir: Yoxsa növbəti Nokia ola bilər

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Amerikanın texnoloji nəhəngi "Apple" rəhbərliyin dəyişdirilməsini nəzərdən keçirməlidir, əks halda şirkət "Nokia" və "BlackBerry"nin aqibətini yaşaya bilər. 

Qaynarinfo xəbər verir ki, bu fikri "LightShed Partners" analitikləri irəli sürüblər.

Onların fikrincə, "Apple" süni intellekt (Al) sahəsində rəqiblərindən xeyli geri qalır. 2025-ci ildə Kupertinodakı şirkətin səhmləri 16% ucuzlaşıb, halbuki "Meta" və "Microsoft" müvafiq olaraq 25% və 19% artım qeydə alıblar.

"Al sahəsindəki uğursuzluq şirkətin uzunmüddətli inkişaf trayektoriyasını və böyümə qabiliyyətini əsaslı şəkildə dəyişə bilər. Süni intellekt dünyada bir çox sahəni transformasiya edir və 'Apple' bu prosesin qurbanlarından birinə çevrilə bilər", deyə hesabatda bildirilir.

"Apple" rəhbəri Tim Kuk şirkətin Al yarışında geridə qalmasını onunla izah edib ki, onlar üçün birinci olmaq deyil, "ən yaxşı olmaq" vacibdir. Lakin şirkət əməkdaşlarının fikrincə, rəhbərlik AR/VR texnologiyalarına üstünlük verməklə səhv edib, diqqət əsasən süni intellektə yönəldilməli idi.

Bununla belə, Kukun rəhbərliyi dövründə şirkət mühüm uğurlar əldə edib: onun rəhbərliyə gəlişindən bəri "Apple"ın səhmləri 1 400%-dən çox artıb, halbuki S&P 500 indeksində artım 430% təşkil edib.

"LightShed" şirkətinin tövsiyələri "Apple"ın əməliyyatlar üzrə direktoru Ceff Uilyamsın istefa verdiyini açıqlamasından dərhal sonra səslənib. Onun yerini Sabih Xan tutacaq. İndi "Apple"ın gələcək baş direktoru vəzifəsinə əsas namizəd proqram təminatı üzrə baş vitse-prezident Con Ternus hesab olunur. Tim Kuk isə "Apple"ın dizayn komandası ilə işləməyə hazırlaşır.

"LightShed" qeyd edir ki, "Tim Kuk təyinat zamanı düzgün seçim idi və o, şübhəsiz ki, əla iş görüb", lakin indi şirkətə "məhsula fokuslanan, logistikaya deyil" bir rəhbər lazımdır.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 15 İyul 2025 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri