Icma.az
close
up
RU
ANAMA nın nümayəndə heyəti Keniyaya işğüzar səfərə gedib

ANAMA nın nümayəndə heyəti Keniyaya işğüzar səfərə gedib

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 5 noyabr, AZƏRTAC

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladovun rəhbərlik etdiyi nümayəndə heyəti Keniyaya işgüzar səfərə gedib.

Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində Samir Poladov və ölkəmizin Keniyadakı səfiri Sultan Hacıyev ilə Keniyanın minatəmizləmə sahəsində fəaliyyət göstərən Beynəlxalq Sülhə Dəstək Təlim Mərkəzinin rəhbərliyi arasında görüş keçirilib.

Samir Poladov ölkəmizin işğaldan azad edilmiş ərazilərində mövcud olan mina problemi, mina və partlamamış hərbi sursatların törətdiyi fəsadlar, eləcə də əsasən daxili resursların hesabına icra edilən humanitar minatəmizləmə fəaliyyəti barədə məlumat verib. O, ərazilərdə aparılan irimiqyaslı bərpa-yenidənqurma işlərinin təhlükəsiz şəraitdə yerinə yetirilməsi və əhalinin həmin ərazilərə geri dönməsinin təmin olunmasında humanitar minatəmizləmə işlərinin böyük əhəmiyyətini vurğulayıb. Sədr müavini minaların törətdiyi fəsadların aradan qaldırılması və mina təhlükəsizliyinin təminatında beynəlxalq dəstəyin və əməkdaşlığın zəruri olduğunu diqqətə çatdırıb.

Keniya tərəfi Təlim Mərkəzinin fəaliyyəti və humanitar minatəmizləmə sahəsində imkanların və təcrübələrin artırılması üçün həyata keçirilən beynəlxalq əməkdaşlıq barədə məlumat verib. Keniya və Azərbaycan arasında mövcud münasibətlərin dinamik inkişafının iki qurum arasında əməkdaşlığın möhkəmləndirilməsi üçün yaxşı fürsət olduğunu bildirib.

Tərəflər humanitar minatəmizləmə sahəsində bilik və təcrübə mübadiləsi, birgə təlim proqramları, minatəmizləmə əməliyyatlarında innovativ yanaşmalar və üsullar, eləcə də potensialın gücləndirilməsi və texniki yardım üzrə gələcək əməkdaşlığın vacibliyini vurğulayıblar.

Sonra Azərbaycan nümayəndə heyəti mərkəzin sahə üzrə ixtisaslaşmış Humanitar Sülhə Dəstək Məktəbinə baş çəkərək orada mövcud olan texnoloji avadanlıq və cihazlar, hərbi tədris kompleksi və təlim poliqonu ilə tanış olub.

Nümayəndə heyəti səfər çərçivəsində ölkəmizin Keniyadakı səfirliyində olub, Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyub, xatirəsini ehtiramla yad edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Noyabr 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri