“Ananı itirmək içəridə yanan bir atəşdir”
Olay.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Ananı itirmək içəridə yanan bir atəşdir”
Bir neçə gün əvvəl anası Neşe Tevetoğlunu itirən Türkiyənin meqastarı Tarkan valideyni ilə bağlı paylaşım edib.
OLAY yazır ki, anasının fotosunu instaqram səhifəsində yayımlayan sənətçi acısını dilə gətirib.
Müğənni bu çətin günlərdə ona dəstək olmağa çalışan ailəsinə və pərəstişkarlarına təşəkkürünü bu sözlərlə bildirib:
“Ananı itirmək içəridə yanan bir atəşdir. Bilirəm ki, o qədər də asan sönməyəcək bir yanğındır. Ən çox ehtiyacım olanda yanımda olmağın və ürəyimi rahatlatmağın çox dəyərli idi. Bu ağrılı zamanda mənə dəstək olan bütün pərəstişkarlarıma, dinləyicilərimə, ailəmə, qohum və dostlarıma, komanda yoldaşlarıma və bütün dəyərli sənətçi dostlarıma ürəkdən təşəkkürümü bildirirəm. Amma ən çox bu çətin anımda hər zaman yanımda olan həyat yoldaşım Pınar xanıma və varlığı ilə dərdimi unutduran, məni güldürən əziz qızıma təşəkkür edirəm. Orada olduğunuz üçün təşəkkür edirəm”.
Qeyd edək ki, Tarkanın anası Neşe Tevetoğlu infarkt səbəbi ilə vəfat edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 25 Aprel 2025 10:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















