Icma.az
close
up
RU
Anar Allahverdiyev: “Mükafatçılar sırasına düşmək üçün sonadək vuruşacağıq”

Anar Allahverdiyev: “Mükafatçılar sırasına düşmək üçün sonadək vuruşacağıq”

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Azərbaycanın “Vüqar Həşimov” və “Odlar Yurdu” şahmat klubları Monteneqronun Budva şəhərində keçiriləcək Avropa Kubokunda mükafatçılar sırasına düşmək uğrunda mübarizə aparacaqlar”.

Bunu Vüqar Həşimov Memorialının direktoru, şahmat mütəxəssisi Anar Allahverdiyev deyib.

O, “Vüqar Həşimov” klubunun rəqiblərdən fərqli olaraq təmiz yerli kadrlarla təmsil olunduğunu bildirib.

“Rəqiblərin əksəriyyəti heyətə əcnəbi şahmatçılar cəlb ediblər. Məsələn, Türkiyənin “Byegan Pendik” klubunda Aniş Qiri, Amin Tabatabai, Riçard Rapport, Volodar Murzin kimi legionerlər, həmçinin Şəhriyar Məmmədyarov mübarizə aparacaq. Demək olar ki, ən güclü komandadır. Şimali Makedoniyanın “Alkaloid” klubunda Çin, Hindistan və Serbiya təmsilçiləri yer alıblar. Çexiyanın “Novi Bor” komandasında isə cəmi 1 yerli şahmatçı var. Biz isə ənənəmizə sadiq qalaraq yalnız öz milli kadrlarımızla yarışacağıq”, - deyə o report.az-a açıqlamasında söyləyib.

Mütəxəssis heyətdəki məcburi dəyişikliyə diqqət çəkib:

“Komandamız Avropa Kubokunda 2019-cu ildən iştirak edir. O vaxt gənc olan Aydın Süleymanlı və Əhməd Əhmədzadə artıq qrossmeysterdirlər. Bu dəfə heyətə Əhməd Əhmədzadə ilə Vüqar Rəsulov da daxil edilmişdi. Lakin Türkiyədən gəliş zamanı yaranan viza problemlərinə görə onlar yarışda iştirak edə bilməyəcəklər. Onların əvəzinə heyətə gənc və perspektivli şahmatçı Şiroğlan Talıbov cəlb olunub”.

O, qadınlardan ibarət “Odlar Yurdu” klubunun da imkanlarını yüksək qiymətləndirib:

“Odlar Yurdu” komandası yarışa 5-ci sırada start verir. Heyətdə Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Günay Məmmədzadə, Xanım Balacayeva və Gülnar Məmmədova kimi millinin aparıcı üzvləri yer alıblar. Nicat Abasovun kapitanlığı ilə çıxış edəcək kollektiv əvvəllər də Avropa və dünya mükafatçısı olub. Rəqiblərin heyətində təcrübəli şahmatçılar olsa da, bizim komanda da mükafatlar uğrunda mübarizə aparacaq. Bizi həyəcanlı və maraqlı oyunlar gözləyir”.

A.Allahverdiyev komandada yer alanların reytinqinin yüksəldiyini və strateji məqsədləri vurğulayıb:

“İllərlə komandanın lideri Rauf Məmmədov olub. Hazırda isə 2679 əmsalla Aydın Süleymanlı Raufu üstələyir. Bu fakt komandada yer alanların reytinqinin artdığını göstərir. Sırf yarışda yer tutmaqdan başqa, gənc şahmatçıları cəlb etmək, komanda ruhunu formalaşdırmaq və milliyə inamlı kadrlar qazandırmaq kimi strateji ideyalarımız var. Aydın da məhz bu komandadakı çıxışı ilə milliyə vəsiqə qazandı. Yarışa 6-cı sırada başlayan komandamız mükafatçılar sırasına düşmək üçün sonadək vuruşacaq”.

Qeyd edək ki, oktyabrın 17-dən 23-dək Monteneqronun Budva şəhərində keçiriləcək Avropa Kuboku İsveçrə sistemi üzrə 7 turdan ibarət olacaq.

Kişilərdən ibarət “Vüqar Həşimov” komandasının heyətində Rauf Məmmədov, Aydın Süleymanlı, Read Səmədov, Xəzər Babazadə, Şiroğlan Talıbov, Vüqar Manafov və Kənan Qarayev çıxış edəcəklər. Klapitan Sərxan Həşimov olacaq.

Qadınların yarışında isə heyətində Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Günay Məmmədzadə, Xanım Balacayeva və Gülnar Məmmədovanın yer aldığı “Odlar Yurdu” klubu mübarizə aparacaq. Bu komandaya Nicat Abasov kapitanlıq edəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:135
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 16 Oktyabr 2026 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see390

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see383

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see259

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see238

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see226

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see220

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see214

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see213

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see197

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see191

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see185

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see185

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see183

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see179

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see179

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see177

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see174

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see174

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri