Icma.az
close
up
RU
Anar Əliyev: Son illərdə 7 min nəfər özünüməşğulluq proqramına cəlb edilib

Anar Əliyev: Son illərdə 7 min nəfər özünüməşğulluq proqramına cəlb edilib

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 30 sentyabr, AZƏRTAC

Azərbaycan son illərdə həm enerji keçidinin sürətləndirilməsi, həm də sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində mühüm addımlar atıb.

AZƏRTAC xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev çıxışında bildirib. Nazir qeyd edib ki, ölkəmiz COP29-a ev sahibliyi etdiyi dövrdə ədalətli keçid, sosial siyasətin təkmilləşdirilməsi və əhalinin rifahının artırılması kimi prioritetlərə xüsusi diqqət yetirib. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 2018–2025-ci illərdə həyata keçirilən genişmiqyaslı sosial islahatlar nəticəsində əhəmiyyətli nailiyyətlər əldə olunub. Bu islahatlara 7,6 milyard manat ayrılıb və 4 milyondan çox vətəndaşın sosial təminatında ciddi irəliləyiş baş verib. Minimum əməkhaqqı 9 dəfə, orta aylıq pensiya isə 6 dəfə artıb. Sosial müavinətlər 5 dəfə artırılaraq 1,9 milyard manata çatdırılıb. Sosial xidmətlərdən yararlananların sayı 3,5 dəfə artıb, yaşayış səviyyəsi isə 65 faiz yüksəlib.

Əmək bazarında aparılan islahatlar nəticəsində məşğulluq imkanlarının da əhəmiyyətli dərəcədə genişləndiyini deyən nazir bildirib ki, son illərdə 160 mindən çox şəxs işlə təmin olunub, 7 min nəfər özünüməşğulluq proqramına cəlb edilib, 16 min nəfər peşə hazırlığı keçib, 304 min nəfər isə peşəyönümlü tədbirlərdən yararlanıb.

“Təkcə ötən il ərzində 407 min şəxs məşğulluq tədbirlərinə cəlb edilib və 160 min nəfər işlə təmin olunub, 17 min nəfər özünüməşğulluğa və 16 min nəfər peşə hazırlığına cəlb edilib. 204 min nəfərə peşəyönümü məsləhət xidməti göstərilib. 10 min nəfər isə işsizlikdən sığorta ödənişi ilə təmin edilib. Həmçinin 1400-ə yaxın peşə və kvalifikasiya standartı hazırlanıb, növbəti ilin sonuna kimi bu standartların sayının 1800-ə çatdırılması nəzərdə tutulur”, - deyə nazir bildirib.

A.Əliyev qeyd edib ki, eyni zamanda, rəqəmsal transformasiya sosial müdafiə sisteminin əsas dayaqlarından birinə çevrilib. 2019-cu ildən istifadəyə verilmiş “e-sosial” portalı vətəndaşlara sosial sahə üzrə bütün məlumatlara elektron çıxış imkanı yaradır. Bu, şəffaflığın artırılmasına və xidmətlərin səmərəli göstərilməsinə xidmət edir.

“Həyata keçirilən islahatlar beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Onun sözlərinə görə, sosial müdafiə və məşğulluq siyasətində əldə edilən uğurlar Azərbaycanın yaşıl iqtisadiyyat, enerji keçidi və dayanıqlı inkişaf strategiyası ilə sıx bağlıdır. Azərbaycan sosial müdafiə sistemini gücləndirməklə, məşğulluğu artırmaqla və rəqəmsal xidmətləri genişləndirməklə əhalinin rifahını təmin edir. Bütün bu tədbirlər, eyni zamanda, ölkəmizin iqtisadi inkişafına və ədalətli keçid prosesinə mühüm töhfə verir”, – deyə nazir əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Sentyabr 2025 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see317

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see312

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see310

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see306

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see306

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see286

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see286

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see285

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see282

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see264

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see256

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see252

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see240

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see239

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see238

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see227

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see219

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see218

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see213

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri