Anar Quliyev: Azərbaycanın 79 şəhərindən 68 i üçün baş planlar hazırlanıb
Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Azərbaycanın təcrübəsi göstərir ki, Dayanıqlı İnkişaf Məqsədlərinin yerli səviyyədə səmərəli həyata keçirilməsi güclü institusional əsaslardan başlayır.
XQ xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev BMT-nin Dayanıqlı İnkişaf üzrə Yüksək Səviyyəli Siyasi Forumu çərçivəsində keçirilən “Local2030 Coalition” adlı xüsusi tədbirdə çıxışı zamanı səsləndirib.
O bildirib ki, 2016-cı ildə Azərbaycan Prezidentinin Fərmanı ilə “2030 Gündəliyi”nin icrasının əlaqələndirilməsi üzrə milli mexanizm kimi Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb.
“Bu institusional çərçivə dövlət qurumlarının, vətəndaş cəmiyyətinin, biznes ictimaiyyətinin, gənclərin və beynəlxalq təşkilatların iştirak etdiyi inklüziv məsləhətləşmə prosesi vasitəsilə Dayanıqlı İnkişaf Məqsədlərinin milli inkişaf siyasətinə inteqrasiyasına imkan verib. Milli yanaşmamız Azərbaycanın özünəməxsus inkişaf reallıqlarını da nəzərə alır. 2023-cü ildə Prezident İlham Əliyev minalardan təmizlənmənin Dayanıqlı İnkişaf üzrə 18-ci Məqsəd kimi tanınması təşəbbüsü ilə çıxış edib. Milli səviyyədə isə Azərbaycan mina fəaliyyəti üzrə 18-ci Dayanıqlı İnkişaf Məqsədini hazırlayıb. Bu təşəbbüs Dayanıqlı İnkişaf Məqsədlərinin yerli səviyyədə həyata keçirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Çünki minalarla çirklənmiş ərazilərdə dayanıqlı yerli inkişaf insanların təhlükəsiz şəkildə doğma yurdlarına qayıtması, həyatlarını yenidən qurması, torpaq sahələrinə, xidmətlərə və iqtisadi imkanlara çıxışının bərpa olunması ilə başlayır”, - deyə komitə sədri əlavə edib.
Onun sözlərinə görə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi olaraq ərazi planlaşdırılması Dayanıqlı İnkişaf Məqsədlərinin yerli səviyyədə həyata keçirilməsinin əsas alətlərindən biridir və ölkənin 79 şəhərindən 68-i üçün baş planlar hazırlanıb.
“Baş planlarımız milli planlaşdırma çərçivəsində hazırlanır, lakin yerli səviyyədə həyata keçirilir. Bu, planlaşdırma və icra prosesi boyunca regional və yerli hakimiyyət orqanları ilə sıx əməkdaşlıq tələb edir. Belə əməkdaşlıq bizə yerli aktorların potensialını gücləndirməyə, hökumət səviyyələri arasında koordinasiyanı yaxşılaşdırmağa kömək edir”, - deyə Anar Quliyev bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:253
Bu xəbər 16 İyul 2026 09:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















