Icma.az
close
up
RU
Anar Quliyev: Azərbaycanın 79 şəhərindən 68 i üçün 20 illik baş plan hazırlanıb

Anar Quliyev: Azərbaycanın 79 şəhərindən 68 i üçün 20 illik baş plan hazırlanıb

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Azərbaycanın 79 şəhərindən 68-i üçün 20 illik baş plan hazırlanıb, digər şəhərlər üzrə isə müvafiq sənədlərin təsdiqi prosesi davam edir.

APA xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Yaranan investisiya istiqamətləri: Daşınmaz əmlak, turizm və şəhərsalma” mövzusunda sessiyada çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycanda şəhərsalma yanaşması strateji ərazi planlaşdırılması, müasir infrastruktur, dayanıqlı inkişaf və daha proqnozlaşdırılan inkişaf mühitinə əsaslanır.

“Şəhər transformasiyası baxışla başlayır, lakin baş planlaşdırma vasitəsilə reallığa çevrilir”, - deyə A.Quliyev qeyd edib.

Komitə sədrinin sözlərinə görə, baş planlar yalnız tənzimləyici sənəd deyil, həm də yaşayış, infrastruktur, mobillik, iqtisadi fəaliyyət, ətraf mühit və həyat keyfiyyətini bir araya gətirən çərçivədir.

O əlavə edib ki, şəhərsalma və tikinti sektorunda yaşıl tikinti prinsipləri, enerji səmərəliliyi, dayanıqlı infrastruktur, rəqəmsal icazə və rəqəmsallaşma getdikcə daha mühüm rol oynayır.

Anar Quliyev Bakının Baş Planı 2040-ın paytaxtın inkişafı üçün uzunmüddətli çərçivə yaratdığını bildirib. Onun sözlərinə görə, sənəd yeni şəhər ərazilərinin inkişafını, mövcud ərazilərin yenilənməsini və yeni investisiya imkanlarının formalaşdırılmasını nəzərdə tutur.

Komitə sədri qeyd edib ki, keçmiş sənaye ərazilərinin yenidən inkişaf etdirilməsi də Bakının şəhərsalma potensialının genişləndirilməsi baxımından mühüm istiqamətlərdəndir.

O, Bakıdakı “White City” layihəsini keçmiş sənaye ərazisinin ekoloji bərpası və kompleks yenidən inkişafına nümunə kimi göstərib.

A.Quliyev “Sea Breeze” layihəsinin də Bakının daha çoxmərkəzli şəhər strukturunun formalaşmasına və yeni inkişaf məkanının yaradılmasına töhfə verdiyini vurğulayıb.

“Bizim məqsədimiz ayrı-ayrı layihələrə deyil, tam planlaşdırılmış və investisiya baxımından cəlbedici urbanizasiyaya keçməkdir”, - o bildirib.

Komitə sədri beynəlxalq investorları, developer şirkətləri və maliyyə institutlarını Azərbaycanın şəhərsalma layihələrində iştirak etməyə çağırıb.

O qeyd edib ki, Azərbaycan xarici tərəfdaşlarla kapitaldan əlavə, beynəlxalq təcrübə, innovativ inkişaf modelləri, texnologiyalar və uzunmüddətli yanaşmalar sahəsində əməkdaşlığa hazırdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://apa.az
archiveBu xəbər 26 Sentyabr 2026 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri