79 şəhər üzrə 68 Baş planın hazırlanmasına başlanılıb Anar Quliyev
525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Azərbaycanda şəhərlərin dayanıqlı inkişafının təmin edilməsi istiqamətində müasir şəhərsalma prinsipləri tətbiq olunur".
525.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Yaranan investisiya istiqamətləri: Daşınmaz əmlak, turizm və şəhərsalma” mövzusunda paneldə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 2018-ci ildən etibarən bu istiqamətdə mühüm işlər həyata keçirilir.
“Artıq 79 şəhərin 68 Baş planının hazırlanmasına başlanılıb. Bir sıra şəhərlərdə baş planların hazırlanması başa çatıb, digərlərində isə proses davam edir və təsdiq mərhələsinə keçir. Baş planların hazırlanması zamanı beynəlxalq təcrübə və müasir şəhərsalma prinsipləri nəzərə alınır. Bu prosesdə təcrübəli beynəlxalq şirkətlərlə əməkdaşlıq da həyata keçirilir”, - deyə Anar Quliyev vurğulayıb.
Komitə sədri bildirib ki, baş planların əsas məqsədi şəhərlərin uzunmüddətli inkişaf perspektivlərini müəyyənləşdirmək, şəhər mühitinin keyfiyyətini yüksəltmək və dayanıqlı investisiya imkanları yaratmaqdır. Onun sözlərinə görə, dayanıqlı şəhər inkişafının mərkəzində insan amili dayanır: “Müasir şəhər mühiti həm əhalinin rahatlığını, həm də uzunmüddətli investisiya potensialını təmin etməlidir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 26 Sentyabr 2026 12:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















