Anar Quliyev Serbiyanın sabiq Prezidenti ilə WUF13 hazırlıqlarını müzakirə edib
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Serbiyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGIC) Müşahidə Şurasının üzvü Boris Tadiç ilə görüşüb.
Bu barədə APA-ya Komitədən bildirilib.
Qeyd edilib ki, görüş zamanı 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) hazırlıq məsələləri müzakirə edilib, Mərkəzin Forumda iştirakının əhəmiyyəti xüsusilə vurğulanıb.
Həmçinin 15-16 yanvar 2026-cı il tarixlərində Cenevrədə keçiriləcək NGIC-in İllik Toplantısı və bu çərçivədə birgə təşəbbüslər və əməkdaşlıq imkanları barədə səmimi fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, 17-22 may 2026-cı il tarixlərində Bakının ev sahibliyi edəcəyi BMT-nin 13-cü Ümumdünya Şəhərsalma Forumu ilə əlaqədar (WUF13) hazırlıq prosesi davam edir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyevin bu istiqamətdə rəsmi görüşləri ardıcıl şəkildə həyata keçirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:19
Bu xəbər 10 Dekabr 2025 13:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















