Icma.az
close
up
RU
Anar Quliyev: WUF13 aşağı karbonlu və dayanıqlı tikinti təcrübələrinin genişləndirilməsinə imkan yaradacaq

Anar Quliyev: WUF13 aşağı karbonlu və dayanıqlı tikinti təcrübələrinin genişləndirilməsinə imkan yaradacaq

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 15 noyabr, AZƏRTAC

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Belem şəhərində keçirilən COP30 çərçivəsində bir sıra tədbirlərdə iştirak edir.

Komitədən AZƏRTAC-a bildirilib ki, noyabrın 14-də “İqlim fəaliyyəti evdən başlayır: Dəyişən iqlimdə mənzil təminatı” mövzusunda keçirilən tədbirdə çıxış edən Komitə sədri əlverişli və davamlı mənzil təminatının insan hüquqlarının qorunması, iqlim dayanıqlılığı və inklüziv inkişaf baxımından əhəmiyyətini vurğulayıb. Bildirilib ki, mənzillər həm iqlim dəyişikliyindən təsirlənir, həm də ona təsir göstərir. Buna görə şəhərsalma və tikinti prosesləri ətraf mühitə təsirləri minimuma endirməli və icmaların rifahını artırmalıdır. O, həmçinin Azərbaycanın BMT-nin “Hər kəs üçün münasib mənzil” qətnaməsi üzrə Hökumətlərarası İşçi Qrupun həmsədri kimi iqlim aspektlərinin qlobal mənzil prinsiplərinə inteqrasiyasını təmin edəcəyini də qeyd edib.

Anar Quliyev gələn il Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumunun (WUF13) mənzil məsələsini iqlim dayanıqlılığı və sosial inklüzivlik üzrə siyasətlərin əsas komponenti kimi prioritetləşdirəcəyini bildirib. Forum aşağı karbonlu və dayanıqlı tikinti təcrübələrinin genişləndirilməsinə, inklüziv şəhər siyasətlərinin təşviqinə və Azərbaycanın innovativ şəhərsalma təşəbbüslərinin — Bakının insanmərkəzli və iqlimədavamlı Baş planının, azad edilmiş ərazilərdə həyata keçirilən "Böyük Qayıdış" proqramının, eləcə də əlçatan mənzil layihələrinin təqdimatına imkan yaradacaq.

“Bakı Davamlılıq Koalisiyası: Mənzil və iqlim həllərinə gedən yol” adlı digər tədbirdə isə Komitə sədri COP29 zamanı təsis olunan Koalisiyanın iqlimədavamlı və insanmərkəzli şəhərsalma üzrə qlobal əməkdaşlıqda rolunu diqqətə çatdırıb. Bildirib ki, COP və WUF-ların ev sahibləri - Misir, BƏƏ, Azərbaycan və Braziliyanın əsas iştirakçısı olduğu və tərəfdaş ölkələrə açıq olan Koalisiya kommunikasiya, uğurlu layihələrin təqdimatı, nazirlər səviyyəsində davamlı dialoq və müxtəlif maraqlı tərəflərin prosesə cəlb olunması istiqamətində fəaliyyət göstərir. Anar Quliyev Koalisiya vasitəsilə gücləndirilmiş koordinasiyanın WUF13 çərçivəsində qlobal öhdəliklərin yerli icrasını sürətləndirəcəyinə və təhlükəsiz, inklüziv və dayanıqlı şəhərlərin qurulmasına töhfə verəcəyinə inandığını vurğulayıb.

WUF13 üzrə milli koordinator olan Anar Quliyev, eyni zamanda, bütün tədbir iştirakçılarını gələn il Bakıda keçiriləcək və innovativ şəhərsalma sahəsində qlobal müzakirələr üçün nadir fürsət yaradacaq 13-cü Ümumdünya Şəhərsalma Forumunda iştiraka dəvət edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Noyabr 2025 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see217

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see195

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see189

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see175

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see172

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see159

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see153

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see150

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see150

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see149

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see144

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see144

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see138

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see136

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see136

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see135

Elvin Cəfərquliyev 2025 ci ilin ən yaxşısı seçildi ÖZƏL

29 Dekabr 2025 18:26see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri