Anar Quliyev: WUF13 ə ev sahibliyi Azərbaycan üçün böyük şərəf və ciddi məsuliyyətdir
Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) ev sahibliyi etmək Azərbaycan üçün həm böyük şərəf, həm də ciddi məsuliyyətdir.
Lent.az “APA-Economics”-ə istinadən xəbər verir ki, bunu çıxışında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib.
Onun sözlərinə görə, tarixi irslə müasir inkişafın qovuşduğu Bakı Yeni Şəhər Gündəliyinin qəbul edilməsinin 10 illiyinin qeyd olunduğu mühüm mərhələdə qlobal şəhərsalma dialoqu üçün əsas platformaya çevrilib.
Anar Quliyev qeyd edib ki, forum sürətli urbanizasiya, mənzil çatışmazlığı, iqlim riskləri və post-münaqişə bərpası kimi çağırışların müzakirəsi baxımından xüsusi əhəmiyyət daşıyır.
“Mənzil yalnız sosial məsələ deyil, həm də iqtisadi inkişaf, iqlim dayanıqlığı və insan ləyaqəti məsələsidir”, – komitə sədri vurğulayıb.
Onun sözlərinə görə, mənzil siyasəti torpaq istifadəsi, nəqliyyat, infrastruktur, yaşıl zonalar və sosial inteqrasiyanı əhatə edən kompleks yanaşmaya əsaslanmalıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 17 May 2026 09:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















