Icma.az
close
up
RU
Anarın Ağ Qara realizminin sirləri Şahanə Müşfiq yazır

Anarın Ağ Qara realizminin sirləri Şahanə Müşfiq yazır

Icma.az, 525.az saytına istinadən bildirir.

Şahanə MÜŞFİQ

Dünya ədəbiyyatında kifayət qədər məşhur olan magik realizmin elementlərinə Azərbaycan ədəbiyyatında da rast gəlinir. Bu elementlər, xüsusən, Xalq yazıçımız Anarın əsərlərində özünü göstərir. Onun yaradıcılığında realist təsvirlər və məcazlar, eləcə də gerçək həyatın və fantastik elementlərin iç-içə keçməsi magik realizmin müxtəlif aspektlərinin əsərlərində necə ərsəyə gəldiyindən xəbər verir.

Anarın əsərlərində reallıq və xəyali dünyanın birləşdiyi məkanlarda zaman və məkanın sərhədləri qeyri-müəyyəndir. Bu vəziyyət oxucunu reallıqla gerçəklik arasındakı əlaqələri sorğulamağa vadar edir. Əsərlərindəki qəhrəmanlar bəzən doğaüstü və mistik hadisələrlə qarşılaşarkən, bunları reallıq kimi qəbul edir ki, bu da magik realizmin əsas xüsusiyyətlərindən biridir.

Xalq yazıçısının ən məşhur əsərlərindən biri olan "Ağ qoç, qara qoç" romanı utopik və antiutopik cəmiyyətlərdə eyni surətlərin fərqli həyatlar yaşamasını təsvir edən mistik motivli və milli-mənəvi dəyərlərimizin təsviri ilə zəngin olan bir əsərdir. "Ağ qoç, qara qoç" quruluşca obrazlar aləmi eyni olub, sujeti bir-birindən kəskin fərqlənən iki povestin birləşməsindən ibarətdir. "Məlikməmməd" nağılındakı hər kəsin uşaqlıqdan anladığı bu anlayışa Anar bu romanda yeni nəfəs verir.

Qədim zamanlardan "Avesta"da mövcud olan Xeyir-Şər ziddiyyəti kimi, ədəbiyyatımızda ağ-qara, keçmiş-gələcək kimi əks qütblərdən ibarət mövzulara tez-tez müraciət edilib. Ağ qoçun belində işıqlı Azərbaycana, qara qoçun belində isə qaranlıq Azərbaycana gedən Məlik Məmmədlinin simasında Anar əgər milli mənsubiyyətimizə və mənəvi dəyərlərimizə sadiq qalsaq və ya əksinə, digər millətlərin mədəniyyətlərinə rəğbət bəsləyib özgələşsək, millətimizi gözləyən iki fərqli həyatı nəzərimizə çatdırır.

İlk nağıl utopik cəmiyyətin təsvirindən ibarətdir. Bu nağıla nəzər yetirdikcə, insanın qəlbi sanki qürur və rəğbətlə dolur və bu duyğu hər sətirdən etibarən bütün ruhumuzu bürüyür. Müəllifin ağ rəngdən "Ağ liman" və "Ağ qoç, qara qoç" əsərlərinin adlarında istifadəsi təsadüfi deyildir. Ağ rəng daim ümid, xoşbəxtlik rəmzi olsa da, eyni zamanda qalibiyyət simvolu kimi də xarakterizə edilir.

Qədim türk sərkərdələrinin döyüşə ağ at belində getməsi də bu baxımdan təsadüfi deyil. Məlik Məmmədlinin ağ qoçun belində getdiyi cəmiyyət də qalibiyyət duyğusunun hakim olduğu yer idi. Birinci nağılda milli dəyərlərə bağlılıq hissini biz əsərin ilk sətirlərindən duyuruq: "Məlik Məmmədli Dövlət himninin sədalarına oyandı". Himnin sədalarıyla oyanacaq qədər milliyyətinə bağlı olan bu surətin həyatı fonunda biz Azərbaycanın utopik cəmiyyətinin hər aspektdən mükəmməl göründüyü qənaətinə varırıq.

Televiziya kanallarının xalqın maariflənməsinə yönəlmiş verilişlərə üstünlük verməsi, küçə adlarından, siyasi partiyaların fəaliyyətinə qədər oxucunu sanki Nizaminin yaratdığı "Xoşbəxtlər ölkəsi"nin müasir versiyasına aparan Anar, düşüncəsində yer alan, hər bir azərbaycanlının xəyalını qurduğu Azərbaycanı əks etdirir.

Birinci nağıl, əsasən, Əli bəy Hüseynzadənin türkçülük, müasirlik, islamlaşmaq konsepsiyası əsasında qurulub. Güney və Quzey Azərbaycanın 16 şəhərinin adından istifadə edilməsi, 16 məşəllə təsvir edilən "Odlar sarayı"ndan bəhs edilməsi fəlsəfədə 16 ədədinin bütünlüyün simvolu olaraq qəbul edilməsinin nəticəsi kimi meydana çıxmıs ola bilər. Dilimiz milli dəyərlərimizin ən başlıca faktoru olduğu üçün bu nağılda öz dilimizə məxsus olan türkləşdirilmiş sözlərdən istifadə edən müəllif yaratdığı utopik cəmiyyəti daha da rəngarəng çalarlara boyayıb.

Novruzda mədəni irsə, etnoqrafik mövzulara aid verilişlərin nümayiş olunması yeni Azərbaycanın televiziyalarındakı üstünlüklərdən biri kimi təsvir olunur. Novruz bayramının tarixinin uzaq keçmişə söykənməsinə baxmayaraq, bu günə qədər yazın gəlişinin müjdəçisi kimi qeyd olunması davam edir.

Anarın birinci nağılda Şuşaya çəkilən funiklyordan danışması, Şuşayla bağlı yazılan sətirlər əsərin 2003-cü ildə nəşr olunmasından son illərə qədər, doğrudan da, bu nağılın utopik dünyadan xəbər verdiyini deməyimizə səbəb olurdu. Lakin uzun illər sonra azad Şuşaya gedərək havasına, suyuna aşina ola bildiyimiz bu qalibiyyət ətirli illərdə insanın qəlbində Anarın təsvir etdiyi digər hadisələrin də baş tutacağına sonsuz ümid yaranır. İllər öncə reallaşan siyasi qarşıdurmalar yerini vətəndaş müharibəsinə ötürdüyü zaman hadisələr tamamilə başqa axarda baş verə bilərdi. Əsərin bu hissəsində adı çəkilən başqa axara isə oxucular ikinci nağılda qara qoçun belində səyahət edir.

İkinci nağılda təsvir olunan Azərbaycan üç zonaya bölünüb: Behişti Badi-Kübə, Bakı Kommunası, Baku Siti. Hər üç zonada yaşayan vətəndaşlar adi həyatda bütöv Azərbaycanda birlikdə yaşayır. Başqa dövlətlərin mənəvi dəyərlərimizdən kəskin fərqlənən xüsusiyyətlərinə yiyələnən insanlar milli mənsubiyyətimizdən müxtəlif ideyaların təsiri ilə tamamilə qopub, xalqın milli varlığı inkar edilə bilməyəcək dərəcəsində yoxa çıxıb.

Oğlu Beyrəyin insanın sadəcə özü üçün yaşamalı olduğunu deyib valideynlərinin taleyindən və duyğularından nigaranlıq duymaması xalqımızın əsrlərdir mövcud olan əsl ailə tipinə xəyanətidir. Digər tərəfdə qızı Burlanın rəqqasə olması, ismətli Azərbaycan qadınlarının varisi olan nəslin açıq-saçıq həyatı üstün tutması milli mənəviyyatımıza növbəti xəyanətdir. Həmçinin, biz Məlik Məmmədlinin həyat yoldaşı Aypərinin din adı altında insanların beyninin yuyularaq dünyadan təcrid olunduqları bir zonada yaşaması və bundan qurtulmağa cəhd etmək əvəzinə, sadəcə bu rejimə baş əyməklə kifayətlənməsi cəsarəti dillər əzbəri olan xalqımıza xəyanət sayılmalıdır.

Lakin biz cəmiyyətin məhvə sürüklənməsinə səssiz qalan Məlik Məmmədli kimi ziyalıların mübarizənin ön cərgələrində gözə dəyməməsinə əsasən deyə bilərik ki, dövlətinə, millətinə, ailəsinə, xalqına, hətta özünə də əsl xəyanəti edən şəxs Məlik Məmmədli olub. "Bilmirdin ki, bir-birinə ədavət, kin püskürən bütün bu yazılar, çıxışlar, bu qanqan deyən adamlar cəmiyyətdə elə bir nifrət potensialı yaradır ki, bir gün böyük partlayış baş verəcək, hər şey alt-üst olacaq?" Beyrək haqlı üsyan edirdi, lakin mübarizə səsini ucaltmağa gecikmiş hər bir vətəndaş kimi Məlik Məmmədli üçün də zaman öz sözünü demişdi və beləliklə də, onun hadisələrə təsir gücü, demək olar ki, qalmamışdı.

Ümumiyyətlə isə Anarın bu əsərdə milli varlığımıza iki bucaqdan yanaşaraq təsirli bir əsər yaratması istər dəyərlərimizi ədəbiyyat səhifələrində qoruyub saxlamağımız, istərsə də, milli etnik yaddaşımızı daha dərindən dərk edərək onun uğrunda Məlik Məmmədlidən fərqli olaraq savaşmağımız üçün vacib mənbə sayıla bilər.

Ədəbiyyatın, sənətin milli təfəkkürümüzə, düşüncəmizə təsirinin bir nəticəsidir ki, bir zamanlar utopiya nümunəsi kimi qəbul etdiyimiz hadisələr zamanla özünün ən mükəmməl gerçəkliyinə qovuşdu. Əsərin çapından düz 17 il sonra, işğalının 28-ci ilində Şuşa və bütün Qarabağ torpağı öz azadlığına qovuşdu, bu gün dövlətimizin dəstəyi ilə o diyarda Anarın təsvir etdiyi həmin firavan həyat sürməkdədir. 2020-ci ilin 44 günlük Vətən müharibəsində gənclərimizin, cavanlarımızın öz həyatlarını, sevdiklərini belə düşünmədən böyük cəsarətlə cəbhəyə atılması, Vətənin müdafiəsinə tələsməsi Xalq yazıçısının "Ağ qoç, qara qoç" əsərinin birinci hissəsində birbaşa, açıq şəkildə, ikinci hissəsində isə dolayısı ilə ötürdüyü vətənpərvərlik duyğularının ən real nəticəsi idi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://525.az
archiveBu xəbər 18 Mart 2025 20:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xoşbəxtlik okeanı Məryəm Bağırova yazır

10 Noyabr 2025 14:10see334

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see205

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see201

Psixoloqlar aşağı zəkanın əlaməti sayılan 4 vərdişi açıqladı

09 Noyabr 2025 07:07see196

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see187

Ərəb ölkələri ABŞ ın bu planını rədd etdilər

09 Noyabr 2025 06:53see145

Qorxaq deputatlar: Rusiya ilə gərginliyi müzakirə etməkdən açıq şəkildə yayınırlar

09 Noyabr 2025 00:17see141

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see140

Noyabr bu bürclər üçün sakit və huzurlu keçəcək

08 Noyabr 2025 22:26see139

Elmar Baxşıyev: Bizdə əsas heyət anlayışı yoxdur

08 Noyabr 2025 19:18see136

“Bəziləri düşünür ki, Konstitusiyamıza hansısa ciddi dəyişikliklər ediləcək” DEPUTAT

09 Noyabr 2025 05:35see132

Vətən müharibəsi mövzulu filmlər açıqlandı Siyahı

09 Noyabr 2025 01:02see132

Zəfər turu nun qalibi bəlli oldu

09 Noyabr 2025 21:00see131

Şamaxı nın forvardı: Azərbaycan Premyer Liqası oynadığım ən çətin liqalardan biridir

09 Noyabr 2025 16:22see131

Ermənistanı revanşizmə həvəsləndirən Makrondur RƏY

09 Noyabr 2025 05:54see130

Zabitlərimiz paraddan öncə BELƏ sevindi VİDEO

09 Noyabr 2025 00:48see127

Tramp Putin görüşü yalnız bu halda keçiriləcək Siyarto

09 Noyabr 2025 21:10see127

3I/ATLAS “Kosmik gəmisi” Günəşə yaxınlaşarkən qəribə reaktivlər yayıb...

09 Noyabr 2025 21:06see126

“Monqol əti”nin “halal” standartına uyğunluğu yoxlanılır? RƏSMİ AÇIQLAMA

09 Noyabr 2025 09:01see125

1 tonluq sirr: Bir balqabaq necə 1000 kiloqrama qədər böyüyür?

10 Noyabr 2025 05:31see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri