Icma.az
close
up
RU
Qəhrəmanlıqdan vətəndaşlığa Şahanə Müşfiq yazır

Qəhrəmanlıqdan vətəndaşlığa Şahanə Müşfiq yazır

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Qələbədən sonrakı sükut bəzən müharibənin özündən daha dərin olur. Çünki hər bir xalq üçün savaşdan sonra başlayan dövr təkcə bərpa yox, həm də düşüncə mərhələsidir. Qalib olmaq qəhrəmanlıq tələb edirdi, amma qalib qalmaq vətəndaşlıq istəyir. Biz indi məhz bu keçidin astanasındayıq: qəhrəmanlıqdan vətəndaşlığa doğru bir dövr yaşayırıq.

Müharibə zamanı bütün fərqlər unudulmuşdu. Şəhərli və kəndli, gənc və yaşlı, qadın və kişi - hamı eyni məqsədlə, eyni duyğuyla yaşayır, eyni hədəfə yönəlmişdi. O günlərdə vətən sevgisi təbii idi, kiminsə ağlına məxsusi olaraq onu nümayiş etdirmək gəlmirdi, zatən özlüyündən nümayişli idi. Amma indi, sülhün sakitliyində bu sevgi bəzən formal, bəzən də unudulmuş görünür. Halbuki qəhrəmanlıq bir anın alovudur, vətəndaşlıq isə hər günün sükunətində sınağa çəkilir.

Bugün bizdən tələb olunan savaş cəsarəti deyil, sosial məsuliyyətdir. Axı qalib xalq olmaq fəxrlə yanaşı, həm də böyük borcdur - dövlətinə, dilinə, təbiətinə, gələcəyinə qarşı borc. Əgər qəhrəmanlıq torpağı qorumaqdırsa, vətəndaşlıq o torpaqda ədalətli, təmiz və düşüncəli yaşamaqdır.

Bir çoxları "vətənpərvərlik" deyəndə hələ də pafoslu çıxışlar, bayraq fonlu şəkillər, vətənpərvər musiqi təsəvvür edir. Amma əsl vətənpərvərlik səs-küydə deyil, sükutdadır. O, səhər işinə vicdanla gedən müəllimin davranışındadır, döyüş yoldaşının şəklini hər gün stolunun üstünə qoyan həkimin sadəliyindədir, ağac kəsilməsin deyə bir kəndin qarşısını alan gəncin cəsarətindədir. Qəhrəmanlıq görünmək üçündür, ya da gec-tez mütləq görünür, vətəndaşlıq isə görünmədən yaşanır.

Bu keçidin ən çətin tərəfi ondadır ki, qəhrəmanlıq emosiya, vətəndaşlıq isə düşüncə tələb edir. Bizim nəsil müharibənin emosionallığını yaşadı, indi isə düşüncənin məsuliyyətini daşıyır. Hər bir küçədə, idarədə, sosial mediada, məktəbdə, ailədə bu keçidin sınaqları var. "Bu, mənim işim deyil" demək daha qəhrəman millətə yaraşmır. Qalib xalqın hər bir fərdi artıq "vətəndaşlıq növbəsində" dayanmalıdır.

Bu növbə bəzən çox sadə şeylərdə özünü göstərir: zibili küçəyə atmamaq, dövlət əmlakına hörmətlə yanaşmaq, internetdə nifrət dili yaymamaq, ədalətsizliyə səs çıxarmaq, ya da sadəcə düzgün yaşamaq. Bəli, qəhrəmanlıq döyüş meydanında ölməyi bacarmaqdır, vətəndaşlıq isə gündəlik həyatda doğru-dürüst qalmağı bacarmaq.

Bu gün gənclik üçün yeni bir "səngər" yaranıb - informasiya məkanı. Əgər dünən güllə ilə savaşırdıqsa, bu gün informasiya, dil və düşüncə ilə döyüşürük. Sosial şəbəkələrdə, təhsildə, mediada hər yanlış fikir, hər saxta xəbər milli şüura yönəlmiş hücumdur. Qəhrəmanlıq indi paylaşdığımız bir cümlədə, yazdığımız bir statusda belə ölçülür. Çünki fikir də silahdır, söz də vətən torpağı qədər məsuliyyətlidir.

Bu keçiddə önəmli rol oynayan amillərdən biri də mədəniyyətdir. Ədəbiyyatın, musiqinin, teatrın, jurnalistikanın vəzifəsi artıq təkcə hiss oyatmaq deyil, düşüncə formalaşdırmaqdır. Əgər bir vaxtlar sənət "ayağa qalxmaq" çağırışı idisə, indi "ayaqda qalmaq" çağırışıdır. Bundan belə qalib ölkənin sənəti təkcə ağrıdan yox, sabitlikdən, ümid və məsuliyyətdən danışmalıdır. Vətənpərvərlik daha çox şüurlu davranış, etik prinsip, iç sakitliyi kimi təqdim edilməlidir.

Vətəndaşlıq həm də dürüstlüyün sınağıdır. Müharibə zamanı yalanın, intriqanın yeri olmur, hamı bir məqsəddə birləşir. Amma sülh dövründə kiçik yalanlar, şəxsi maraqlar, susqunluqlar milli bütövlüyü yavaş-yavaş aşındırır. Biz bu aşınmanın fərqində olmalıyıq. Vətən üçün can verənlərin ruhu, bu torpaqda yaşayanların doğru yaşaması ilə rahatlıq tapar. Qəhrəmanlıq ölümü gözə almaqdır, vətəndaşlıq isə vicdanla yaşamaq.

Bəlkə də biz hələ bu keçidi tam başa vura bilməmişik. Çünki illərlə vətən sevgisini yalnız fədakarlıqla, qurban verməklə ölçməyə öyrəşmişdik. İndi isə anlamalıyıq ki, vətən üçün sadəcə yaxşı işləmək, övladını doğru tərbiyə etmək, ağac əkmək, sözünə sahib çıxmaq da qəhrəmanlıq qədər vacibdir. Vətən sevgisi artıq "nə etdik" yox, "necə yaşadıq" sualında ölçülməlidir.

Əgər biz bu mərhələdə düşüncəmizi dəyişə bilsək, o zaman qəhrəmanlıq hekayəmiz yarımçıq qalmayacaq. Çünki vətəndaşlıq qəhrəmanlığın davamıdır.

Silahı yerə qoyduq, indi söz, əxlaq, əmək silahına sarılmalıyıq.

Qələbəni qazanmaq üçün döyüşdük, indi onu qorumaq üçün yaşamalıyıq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://525.az
archiveBu xəbər 09 Oktyabr 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəticəsiz işə “yenilik” demək ayıbdır... Ekspertdən AYNA ya sərt reaksiya

08 Oktyabr 2025 15:59see210

Manat əmanəti hansı bankda sərfəli deyil? ADLAR

07 Oktyabr 2025 23:52see198

Bakı yenidən qurulur Söküntü olacaq

08 Oktyabr 2025 00:14see188

Hadise saxlanılmasından danışıb ağladı Həyatımda ilk dəfə dəhşət içində oyandım VİDEO

09 Oktyabr 2025 01:25see145

Payızda ailəvi tətillər üçün ən yaxşı beş şəhər

09 Oktyabr 2025 10:37see140

“36 min ödəmişəm, anamı da xəstəxanada öldürüblər” FOTO

08 Oktyabr 2025 01:19see140

Makron pis vəziyyətə düşdü Parlamenti buraxır

08 Oktyabr 2025 06:15see135

Ofelyaya əri bahalı maşın ALDI

08 Oktyabr 2025 18:46see134

Ata olmaq istəyənlərin nəzərinə! Bu vərdişlərdən uzaq durun...

08 Oktyabr 2025 07:07see134

Avtobus sürücüləri AYNA dan şikayətçidir VİDEO

07 Oktyabr 2025 23:50see133

İsrail və HƏMAS sülh planı ilə bağlı tarixi razılaşma imzaladı

09 Oktyabr 2025 04:12see132

Meloni məhkəməyə verildi

08 Oktyabr 2025 01:14see127

Qəzzada Türkiyənin mövqeyi nəzərə alınmadan sülh mümkün deyil

08 Oktyabr 2025 18:55see126

Ağ, sarı, qırmızı yoxsa yaşıl: Hansı soğan ən faydalıdır?

09 Oktyabr 2025 03:03see126

İnək südündən 10 dəfə daha faydalı: Sümükləri möhkəmləndirir...

09 Oktyabr 2025 04:06see123

Rusların Baxmutdakı qərargahını məhv edilib...

08 Oktyabr 2025 18:11see122

Keçmiş dünya çempionunun oğlu asılmış vəziyyətdə tapılıb

09 Oktyabr 2025 03:14see121

Koreya yeməkləri sağlamlıq üçün təhlükə yarada BİLƏR

08 Oktyabr 2025 19:47see120

Hadrutun işğaldan azad olunmasından 5 il ötür

09 Oktyabr 2025 00:02see120

Gömrük Komitəsindən daxilolmalar azalıb Ekspert səbəb AÇIQLADI

08 Oktyabr 2025 17:23see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri