Icma.az
close
up
RU
Məğlubiyyətlə tərbiyələnmək Şahanə Müşfiq yazır

Məğlubiyyətlə tərbiyələnmək Şahanə Müşfiq yazır

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Şahanə MÜŞFİQ

Əgər məndən: "Həyatda ən böyük dərsi nədən almaq olar?" - soruşulsa, tərəddüdsüz: "Məğlubiyyətdən" - deyərəm. Məğlubiyyət çox zaman qorxulan, qaçılan bir təcrübə kimi qəbul edilsə də, əslində böyük həyat tərbiyəçisidir. Bu, yalnız fərdi inkişafımıza deyil, eyni zamanda sosial münasibətlərimizə, məqsədlərimizə və həyat fəlsəfəmizə də təsir edir. Məğlubiyyətin içində gizlənən dərslər bəzən uğurun gətirdiyi asan qələbələrdən daha dəyərli olur. Əlbəttə, bunun üçün niyə məğlub olduğunu, nədə məğlub olduğunu düşünməli, araşdırmalı və soyuqqanlılıqla saf-çürük etməyi bacarmalısan. Məğlubiyyətin hüznünə qapılıb özünü depressiyaya salsan, şübhəsiz, ortada nə dərs qalar, nə müəllim...

Yox, mən də etiraf edirəm ki, məğlubiyyət bizim üçün arzuolunmaz və çətin bir haldır. Amma heç düşündükmü ki, bu, bir başlanğıc da ola bilər?! Hər insan həyatında bir neçə dəfə məğlubiyyətlə qarşılaşır. Bəziləri bu anı həyatlarının sonu kimi qəbul edir, bəziləri isə buna "yenidən başlamaq" fürsəti kimi baxır. Məğlubiyyətin özü bizə sadəcə uduzduğumuzu bildirmir; o, bizi sınayır, zəif tərəflərimizi üzə çıxarır və növbəti dəfə daha yaxşı olmağımız üçün imkan yaradır.

Bir çox insan məğlubiyyəti uğursuzluqla səhv salır. Halbuki uğur çox zaman daha təhlükəli bir anlayışa çevrilə bilər. Uğur, xüsusilə çox rahat qazandıqda, insanı müəyyən bir "komfort zonası"na bağlaya bilər. Elə bir zona ki, öncə orada olmaq sənə özünü yaxşı hiss etdirər, zamanla isə bir asılılığa çevrilər. Artıq sən o zonadan asılı birisən və hətta oradan "ayağını kənara qoysan" ən başda özün özünü bir heçlik kimi görəcəksən.

Məğlubiyyət isə əgər ona düzgün qiymət verməyi bacarsaq, həmişə bir dərs olaraq qarşımıza çıxır. O, bizi tənqid edir, özümüzlə üzləşdirir və ən əsası, silkinib, özümüzü yenidən formalaşdırmağa sövq edir.

Tarixə nəzər salsaq, orada məğlubiyyətindən doğulan şəxsiyyətlər heç də az deyil. Məsələn, məşhur amerikalı basketbolçu M.Cordan "Mən karyeram boyunca 9000-dən çox atışı qaçırdım, 300-dən çox oyunda uduzdum. Dəfələrlə qələbəni gətirən atışı qaçırdım. Mən həyatımda təkrar-təkrar məğlub oldum və məhz buna görə uğur qazandım" - deyirdi. Bəli, bu məğlubiyyətlər ona daha çox güc, istək və təcrübə qatmışdı. O, məğlubiyyətləri uğura çevirmək üçün onları öyrənmə və inkişaf vasitəsi kimi istifadə edə bilmişdi. Məğlubiyyətin ona verdiyi dərsi çox gözəl mənimsəmişdi.

Məğlubiyyətin içində formalaşan xarakter isə həyatın ən mühüm və ən dəyərli nəticəsidir. Unutmaq olmaz ki, uğur sadəcə məqsədə çatmaq deyil, həm də məğlubiyyətə necə yanaşmağındır. Hər bir məğlubiyyət insanın özünə olan inamını və iradəsini sınayır. Bir növ, hər dəfə yeni bir imtahan verirmiş kimi. Amma bizi bu imtahanlarla sınağa çəkən və sonda qiymətimizi verəcək olan həyatın özüdür. Uğursuzluq anlarında insan ya yorulur, bezir, ya da daha çox güclənir. Məğlubiyyətlər bizi həyata daha real baxmağa və çətinliklər qarşısında daha mübariz olmağa sövq edir.

Bu, həyatdan ala biləcəyimiz ən qiymətli dərslərdən biridir: insan yalnız öz çətinlikləri ilə üzləşməklə gerçək kimliyini tapar. Bəzən təkcə öz gücümüzlə deyil, başqalarından alınan dəstək, dərslər və yeni perspektivlərlə böyüyürük. Bu da ondan ala bildiyimiz motivasiyaya bağlıdır.

Həyatda bəzən qarşımıza çıxan maneələr və uğursuzluqlar, sadəcə bizi sınamaq deyil, bizi insan olaraq inkişaf etdirmək, bir şəxsiyyət kimi yetişdirmək məqsədi güdür. Məğlubiyyətin ardından doğru dərsləri çıxarmaq və bundan faydalanmaq insan ömrünün ən gözəl tərbiyə məktəbidir.

Həm uşaqların, həm də böyüklərin ən məşhur və ən sevimli cizgi film qəhrəmanlarının yaradıcısı, əfsanəvi multiplikator Volt Disney bu qədər böyük uğurları bircə andamı qazanmışdı? Əlbəttə, yox! Uğura gedən yolda saysız-hesabsız məğlubiyyətlərlə qarşılaşan dahinin həyatından sadəcə iki fraqmenti misal göstərmək kifayətdir ki, bu möhtəşəm uğurun arxasındakı dərsləri görə bilək. Belə ki, karyerasının çiçəklənən dövründə gənc dahi işlədiyi qəzetdən qovulmuşdu, özü də istedad və ideyalarının olmaması səbəb göstərilərək.

Həmçinin, Disney tərəfindən çəkilən ilk qəhrəman Osvald adlı dovşan ona böyük uğur gətirə biləcəyi halda, ən böyük məğlubiyyətinə və həyatının dönüş nöqtəsinə çevrilir. Çünki Osvaldın müəllif hüquqları Disneyin əldə edilən qonorarı onunla bölmək istəməyən ortağı tərəfindən alınır. Bu, əlbəttə, böyük zərbə idi. Amma bu hadisə onun üçün nə qədər ağır olsa da, elə həmin gün, o, indiyədək məşhur olan Mikki Mausun eskizini çəkir. Yəni məğlubiyyətinin ona öyrətmək istədiklərini məmnuniyyətlə qəbul edir.

Məğlubiyyətlə dost olmaq heç də asan deyil, amma mümkündür. Əgər biz onu inkişafın bir hissəsi kimi qəbul edə bilsək, onun gətirdiyi dərslər bizə yalnız güc qatacaq. Məğlubiyyət bir çətinlik olaraq deyil, həyatımızda daha yaxşı olmaq üçün bir fürsət olaraq görünməlidir. Çətin anlarda özümüzdən soruşaq: "Bu məğlubiyyət mənə nə öyrətdi?" Məğlubiyyətin tərbiyəsi insanın özünü anlaması və inkişaf etməsi üçün çox vacib amildir. Yəni məğlubiyyət "həyatda ən yaxşı müəllim"dir. Çünki o, bizə özümüzü daha yaxşı başa düşməyi, daha dərin düşünməyi və ən əsası, hər yıxılandan sonra yenidən qalxmağı öyrədir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:367
embedMənbə:https://525.az
archiveBu xəbər 29 Aprel 2025 18:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri