Icma.az
close
up
RU
Anası ali təhsilli olan şagirdin nəticəsi daha yaxşı olur Nazir

Anası ali təhsilli olan şagirdin nəticəsi daha yaxşı olur Nazir

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"100-120 il əvvəl, xüsusilə də Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə müsəlman şərqində ilk dünyəvi qızlar məktəbinin açılması bu gün sadəcə bir tarixi hadisə kimi görünsə də, əslində bugünkü mühəndis, riyaziyyatçı və müəllim qadınların cəmiyyətə inteqrasiyasının əsasını qoymuşdu.

Modern.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün Bakı Dövlət Universitetində təşkil edilən “Konstitusiya və Suverenlik ili” çərçivəsində “Qızların təhsil hüququ” mövzusunda keçirilən konfransda deyib.

“Başa düşməliyik ki, tarix boyu hər bir çətinlik insanı inkişafa sövq edən bir amil olub. Bizim cəmiyyət, xüsusilə də xanımlar və yeni nəsildən olan qızlar 120 il əvvəlki vəziyyəti dərk etməli və bu gün əldə etdikləri imkanların qiymətini bilməlidirlər. Bu irəliləyişi qorumaq və daha da inkişaf etdirmək üçün həmin riski daim nəzərdə saxlamalı və qızların təhsil imkanlarını genişləndirməyə çalışmalıyıq”, – deyə nazir qeyd edib.

O bildirib ki, Azərbaycanda qızların təhsili uzunmüddətli hədəflərdəndir. Nazirin sözlərinə görə, təhsil sahəsində görülən işlərin nəticəsi adətən ən tezi 20 il müddətinə görülür:

"Məsələn, bu gün təhsil almayan qız 10-15 ildən sonra ana olur və övladı növbəti 20 ilə əmək bazarına daxil olur. Təxminən 35 ildən sonrakı reallığı - bu günün fəaliyyəti və ya fəaliyyətsizliyini müşahidə etmiş oluruq. Bu səbəbdən qızların təhsilə əlçatanlığı və keyfiyyətli təhsil alması vacib amildir".

E.Əmrullayev bildirib ki, Azərbaycan qadını və qızlarının üzləşdiyi təhdid və təhlükəni düzgün başa düşmək lazımdır:

"Tədqiqatlar onu göstərir ki, anası ali təhsilli olan şagirdlərin ortalama nəticələri PISA-da 1.3 il təhsilli olmayan ailələrdə böyüdülən şagirdlərə nisbətdə daha yaxşı olur. Eyni zamanda sağlamlıq baxımından ali təhsilli ailələrdə uşaqların erkən yaşda ölümü 5-10 % daha azdır. Həmçinin uzun müddətli qızların təhsilinə yatırılan vəsaitin hər bir manatının geriyə dönüşü təxminən 20 % təşkil edir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:184
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 Fevral 2025 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see342

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see334

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see328

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see268

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see265

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see249

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see244

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see236

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see228

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see226

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see223

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see221

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see220

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see216

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see208

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see204

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see200

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see189

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see188

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri