Icma.az
close
up
RU
Ancaq yaxşı adamların övladı olmalı...

Ancaq yaxşı adamların övladı olmalı...

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Lalə Mehralı

Qadınlar hamilə olduqlarını öyrənən andan analığı hiss etməyə başlayırlar. Körpələri bətnlərində böyüdükcə onlar hər mərhələni hiss edirlər. Kişilərdə vəziyyət fərqlidir. Körpələri dünyaya gələndən sonra ata olduqlarını anlayırlar. Amma yaradılışdan hər insanın daxilində bənzər hisslər var. Uşaq ikən oynadığımız evcik oyunlarında ana-ata roluna büründüyümüz də az olmayıb.

Ana olmaq...

Qeyd-şərtsiz sevməkdir, əvəz gözləmədən özündən, vaxtından, sağlamlığından verməkdir, hər şeyə rəğmən dözməkdir, bağışlamaqdır, heç azalmayan şəfqət göstərməkdir, yorğun olsa belə yorulmamaqdır, durmadan öyrətməkdir, bezmədən qulaq asmaqdır, dəstək olmaqdır, məsuliyyət daşımaqdır, bacaracağımızı səbrlə gözləməkdir, fikri yanında qalsa da “öyrənsin” deyə məsuliyyət verməkdir, sonsuz suallara cavab verməkdir, kəşf etdiyimizlə qürurlanmaqdır, doğulan kimi göbək ciyəmiz kəsilsə də ömür boyu görünməz bağlarla bağlı olmaqdır. Anamızdır axı!

Ata olmaq...

Sonsuz güvəndir, məsuliyyətdir, artıq böyüdüyünün fərqində olmaqdır, bitməyən etibardır, yenilməyən döyüşçüdür, nağıllardakı qəhrəmandır, ən yaxşı oyun yoldaşıdır, ən etibarlı dostdur, sonsuz səbirdir, özgüvəndir, tək bioloji yox, ruhən bağlı olmaq deməkdir, birlikdə yorulmamaqdır, evə tələsməkdir, problemlərin həllidir, hər daşın altına əlini qoymaqdır. Ata olmaq çətin peşədir məncə.

İnsan dünyaya gələndə ailəsini seçə bilmir, necə bir ailədə doğulacağımız bizim istəyimiz xaricində baş verir. Amma biz gələcək övladımızın atasını, yaxud anasını seçə biləcək iqtidardayıq. Seçimlərimiz tək bizim yox, həm də gələcək övladımızın həyatına təsir edəcək. Xoşbəxtliyimiz və ya bədbəxtliyimiz dolayısı ilə övladımıza ötürdüyümüz həyatımız olacaq. Kim istəyər ki, övladı bədbəxt bir ailədə dünyaya gəlsin? Həyat yoldaşı seçərkən necə ər, necə arvad olacağını düşünməklə yanaşı “bu insan mənim övladıma necə ana, necə ata ola bilər?” gözü ilə də baxmaq lazımdır məncə.

Yalnız yaxşı insanların nəsil artırma qabiliyyəti olsaydı, nə gözəl olardı, elə deyil? Təsəvvür edin, ancaq yaxşı adamların uşaqları olur, ancaq yaxşı adamlar uşaqlara tərbiyə verir, ancaq yaxşı adamların yaxşı tərbiyə verdiyi yaxşı uşaqlar böyüyüb yaxşı insan olur. Daha möhtəşəm bir dünya olmazdımı dünyamız onda?

Hərdən facebookda, instaqramda qarşılaşıram, övladının gözünün önündə oğurluq edən, heyvanlara işgəncə edən, başqa canlılara zorakılıq edən böyüklərin görüntülərini. O böyüklər o uşaqlara belə örnək olurlar, elə belə də olmalı imiş kimi, elə beləsi normalmış kimi davranırlar. Övladının gözü önündə oğurluq edir, övladının gözü önündə bir pişiyə təpik vurur, övladına tərbiyəni belə verir, anormal hərəkəti normallaşdırır. Belə insanların övladı olmalıdırmı sizcə?

Uşaq və qadın sığınacağının rəhbərləri öz səhifələrində uşaqları paylaşır bəzən, həyat hekayələrini yazırlar. Övladına zorakılıq edən, işgəncə verən, bədənini istismar edən, başqalarına satan ataların-anaların uşaqları var o sığınacaqda, öz valideynlərindən qoruyurlar onları, təsəvvür edirsiniz? İnsan öz valideynindən qorunarmı? Qorxarmı? O valideynlərin uşağı olmalıdırmı sizcə?

Ancaq yaxşı adamların uşaqları olmalıdır məncə. Yaradan ancaq yaxşı adamlara nəsil artırma qabiliyyəti verməlidir. Yoxsa gündən günə çirkinləşən, mənəviyyatı eybəcərləşən, əxlaqı korlanan cəmiyyətlərin qurtuluş şansı olmayacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 26 Fevral 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see284

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see269

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see260

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see260

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see258

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see252

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see246

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see244

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see235

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see227

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see221

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see221

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see218

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see212

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see208

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see207

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see206

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see198

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri