Icma.az
close
up
RU
Regional sabitliyin tərəfdarı olan Azərbaycan hədəfdədir

Regional sabitliyin tərəfdarı olan Azərbaycan hədəfdədir

Icma.az, Modern.az saytına istinadən bildirir.

Azərbaycan bu gün müstəqil xarici siyasəti və milli maraqlara əsaslanan strateji kursu ilə Cənubi Qafqazın geosiyasi məkanında mühüm söz sahibinə çevrilmişdir. Beynəlxalq hüququn norma və prinsiplərinə sadiqlik, dövlətlərin suverenliyinə hörmət və qarşılıqlı faydalı əməkdaşlıq ölkəmizin qlobal arenada etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir.

Azərbaycanın enerji təhlükəsizliyi, beynəlxalq nəqliyyat dəhlizləri və humanitar dialoq platformalarındakı fəal və dayanıqlı rolu dövlətimizin artan beynəlxalq nüfuzunun mühüm göstəricilərindəndir.

Lakin bu reallıqlar fonunda zaman-zaman Azərbaycanın beynəlxalq imicinə xələl gətirməyə yönəlmiş məqsədli və qərəzli informasiya kampaniyalarının şahidi oluruq. Təəssüf doğuran məqam ondan ibarətdir ki, bəzi hallarda özünü peşəkar və obyektiv media qurumu kimi təqdim edən beynəlxalq platformalar da bu cür manipulyativ yanaşmaların təsiri altına düşə bilirlər.

Bunun növbəti nümunəsi kimi, CNN World kanalında İsrail–İran qarşıdurması fonunda Azərbaycan ərazisinin guya İsrail tərəfindən İrana qarşı hərbi və kəşfiyyat məqsədləri üçün istifadə edilməsi barədə həqiqəti əks etdirməyən iddiaların yer almasıdır.

Şübhəsiz ki, bu cür məlumatlar regionda vəziyyətin gərginləşdirilməsinə xidmət edən dezinformasiya cəhdi kimi qiymətləndirilir.

Azərbaycan Respublikasının bu məsələdə mövqeyi hər zaman açıq, ardıcıl və birmənalı olmuşdur. Ölkəmizin ərazisi heç bir halda üçüncü dövlətlərə qarşı hərbi məqsədlər üçün istifadə edilə bilməz. Bu prinsip Azərbaycanın xarici siyasət strategiyasının əsas və dəyişməz sütunlarından biridir. Dövlətimiz qonşu ölkələrlə münasibətlərini qarşılıqlı hörmət, etimad və ərazi bütövlüyünə ehtiram prinsipləri əsasında qurur.

Ölkəmizin regiondakı praktiki fəaliyyəti də bu prinsipial mövqeyi tam şəkildə təsdiqləyir. Azərbaycan uzun illərdir ki, regionda əməkdaşlığın, dialoqun və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində mühüm beynəlxalq təşəbbüslərlə çıxış edir. Regional gərginliyin artdığı dövrlərdə belə, müxtəlif ölkələrin vətəndaşlarının təhlükəsiz təxliyəsinə şərait yaradaraq humanitar məsuliyyətini və konstruktiv yanaşmasını nümayiş etdirmişdir. Belə bir siyasət yürüdən dövlətin regional hərbi gərginliyin tərəfi kimi təqdim olunması nə siyasi məntiqlə, nə də mövcud geosiyasi reallıqlarla uzlaşır.

Müasir dövrdə dezinformasiya kampaniyaları və ictimai rəyin manipulyasiyası beynəlxalq təhlükəsizlik üçün ciddi çağırışlardan biri hesab olunur. Bu baxımdan, geniş auditoriyaya malik media qurumları, xüsusilə regional təhlükəsizlik kimi həssas məsələlərdə, yüksək peşəkarlıq nümayiş etdirməyə və faktların dəqiqliyinə ciddi riayət etməyə borcludurlar.

Azərbaycanın beynəlxalq nüfuzu konkret nəticələrə, etibarlı tərəfdaşlıq münasibətlərinə və uğurlu dövlət siyasətinə əsaslanır. Heç bir əsassız iddia, anonim mənbələrə söykənən manipulyasiya və ya qərəzli informasiya kampaniyası bu reallığı dəyişdirə bilməz. Ölkəmiz bundan sonra da beynəlxalq hüquqa, regional sabitliyə və qarşılıqlı etimada əsaslanan strateji kursunu qətiyyətlə davam etdirəcəkdir.

Mahir Süleymanlı
Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://modern.az
archiveBu xəbər 06 İyun 2026 21:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1016

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see503

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see406

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see313

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see311

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see285

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see248

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see226

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see220

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see216

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see214

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see214

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see210

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see207

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see202

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see202

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see201

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see194

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see180

AZCON un “DP world” ilə birgə hədəfləri

10 Oktyabr 2026 11:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri