Lənkəranlı gənclər Slovakiyaya təhsil turuna yola salınıb
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycanlı gənclərin beynəlxalq təhsil və təcrübə proqramlarında iştirakının dəstəklənməsi istiqamətində növbəti əhəmiyyətli addım atılıb.
“Qafqazinfo” xəbər verir ki, Lənkəran rayonunu təmsil edən bir qrup fəal gənc Slovakiyaya təşkil olunan xüsusi təhsil turuna yola salınıb.
Sözügedən təhsil proqramı Slovakiya Parlamenti və Azərbaycan Respublikasının Slovakiyadakı Səfirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.
Gənclərin yolasalma mərasimində 77 saylı Lənkəran şəhər seçki dairəsindən millət vəkili seçilmiş Fariz İsmayılzadə, o cümlədən Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anar Məmmədov iştirak ediblər.
Millət vəkilləri gənclərlə görüşərək onlara uğurlar arzulayıb, bu növ beynəlxalq proqramların gənclərin dünyagörüşünün artmasında, Azərbaycan həqiqətlərinin xaricdə təbliği və ölkələr arası mədəni-təhsil əlaqələrinin güclənməsində böyük rol oynadığını vurğulayıblar.
Təhsil turu çərçivəsində lənkəranlı gənclərin Slovakiyanın aparıcı təhsil müəssisələri ilə tanışlığı, rəsmi görüşləri və mədəniyyət mübadiləsi proqramlarında iştirakı nəzərdə tutulub.
Baxış sayı:391
Bu xəbər 06 İyun 2026 13:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















