Icma.az
close
up
RU
Ançelotti Braziliyada hansı şərtlərlə işləyəcək?

Ançelotti Braziliyada hansı şərtlərlə işləyəcək?

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

Artıq bir neçə gündü Karlo Ançelottinin yeni iş yeri ilə bağlı xəbərlər səngimir. O, hazırda “Real”ın başında olsa da, bu komandadan tezliklə ayrılacağı gün kimi aydındı.
"Football-plus.az" xəbər verir i, qarşıdakı günlərdə gözlənilməz nəsə baş verməsə, italiyalı mütəxəssis Cənubi Amerikaya yollanacaq.
Bu barədə Fabritsio Romano məlumat yayıb. Tanınmış insayder Braziliya Futbol Konfederasiyasının (BFK) Ançelotti ilə ilkin razılığa gəldiyini bir daha bildirib. 65 yaşlı məşqçi “Real”ı 2021-ci ildən çalışdırır. O, bu komandaya 2013-15-ci illərdə də başçılıq edib.
“Marca” qəzetinin bir neçə gün əvvəlki məlumatına görə, Ançelotti tezliklə dünyanın ən yüksək ödənişli məşqçisi olacaq. Artıq bu planda bir sıra detallara aydınlıq gəlib. İspaniya mənbələrinin məlumatına görə, o, BFK ilə ilkin razılaşmasına əsasən, aya 625200 avro qazanacaq.
Bundan əlavə, Braziliya yığması 2026-cı ildə keçiriləcək dünya çempionatının qalibi olacağı halda mütəxəssis 5 milyon avro mükafat da alacaq. Müqavilədə həmçinin bəzi cəlbedici bəndlər də nəzərdə tutulub. Bunlardan biri də məşqçinin bir neçə dəfə Avropaya səyahət etməsi üçün şəxsi təyyarə ayrılmasıdı. Ançelotti 14 ay - yəni, növbəti dünya çempionatının sonuna qədər komandaya rəhbərlik etməli olacaq. Müqaviləyə Braziliya yığması ilə “Real” arasında yoldaşlıq oyununun təşkili də daxildi.
BFK rəhbərliyi Ançelotti ilə müqaviləni mayın 12-də - İspaniya çempionatında keçiriləcək “Barselona” – “Real” matçının ertəsi günü rəsmiləşdirmək istəyir.
Amma ortada həllini gözləyən bir məsələ də var. Romanonun məlumatına görə, bir müddət əvvəl şifahi razılıq əldə olunsa da, müqavilə imzalanmayıb. Buna səbəb “Real”ın ayrılma şərtlərinə “yaşıl işıq” verməməsidi. Madrid klubu italiyalı mütəxəssisin mümkün gedişi ilə bağlı heç bir təzminat ödəmək niyyətində deyil. Braziliya futbolunun başbilənləri isə bu mövzuda qərarın qısa zamanda verilməsini istəyir və çox gözləmək niyyətində deyillər. 
Belə görünür, Ançelotti müqavilə üzrə ona çatmalı olan maaşdan imtina etməli olacaq. Onun “Real”la müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 10 May 2025 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see558

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see513

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see374

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see277

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see256

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see248

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see228

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see223

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see221

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see220

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see210

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see204

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see200

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see198

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see190

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see190

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see189

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri