Toyuq sinəsinin quru alınmaması üçün sadə üsul Qəssabın məsləhəti
Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, ispan qəssab Mariano Sançes bu üsulun toyuq ətinin teksturasına təsir etdiyini bildirib. "El Español" nəşrinin yazdığına görə, əsas məqam əti əzələ liflərinin istiqamətinə uyğun deyil, onların əksinə doğramaqdır.
Əti necə doğramaq lazımdır?
İlk növbədə toyuq sinəsinin əsas hissəsindən iç tərəfdə yerləşən kiçik file ayrılır. Bu hissə quşun daha zərif ət parçalarından hesab olunur.
Daha sonra ət parçasının istiqaməti dəyişdirilir və əzələ liflərinə perpendikulyar, yəni lifləri kəsəcək şəkildə doğranır. Bu üsul liflərin qısalmasına kömək edir və ətin çeynənməsini asanlaşdırır.
Toyuq sinəsinin daha şirəli alınması üçün təkcə doğrama üsulu kifayət etmir. Ətin həddindən artıq bişirilməməsi də vacibdir. Bundan əlavə, bəzi aşpazlar bişirməzdən əvvəl toyuğu duzlu suda saxlamağı və ya süddə marinad etməyi məsləhət görürlər.
Bu üsullar birlikdə tətbiq edildikdə toyuq sinəsinin daha yumşaq və ləzzətli alınmasına kömək edə bilər.
Baxış sayı:167
Bu xəbər 29 Oktyabr 2026 05:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















