Səhər yeməyi ilə 10 kilo alan həkim vərdişini dəyişdi və arıqladı
Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Dünyaca məşhur epidemioloq və qidalanma mütəxəssisi Dr. Tim Spektor illərdir sağlam olduğunu düşünərək yediyi səhər yeməyinin 10 ildə 10 kilo almasına səbəb olduğunu açıqlayıb.
Milli.Az xəbər verir ki, spektor hər səhər mürəbbəli tost, bir fincan çay və bir stəkan təzə sıxılmış portağal suyu içirdi. Bu menyu onun qan şəkərinin sürətlə yüksəlməsinə və vaxtaşırı çəki artımına yol açırdı. Üstəlik, o, hər gün saat 11:00-da yenidən güclü aclıq hiss edirdi.
Qidalanma vərdişlərini dəyişən mütəxəssis artıq səhərlər çayın əvəzinə qəhvə, mürəbbəli tostun əvəzinə isə tam yağlı qatıq, müxtəlif toxumlar, qoz-fındıq və təzə və ya dondurulmuş meyvələr yeyir.
Yeni qidalanma sistemi sayəsində qan şəkəri sabitləşən və artıq kilolardan qurtulan Spektor səhərlər artıq vaxtından əvvəl aclıq hiss etmədiyini vurğulayıb. Mütəxəssis hər kəsin bədəninin fərqli reaksiya verdiyini qeyd edərək, hər kəs üçün tək bir mükəmməl səhər yeməyi siyahısının olmadığını, fərdi yanaşmanın vacibliyini bildirib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Baxış sayı:113
Bu xəbər 29 Oktyabr 2026 05:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















