Ançelotti “Real”dan ayrılacağı tarixi açıqladı
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Real”ın çalışdırıcısı Karlo Ançelotti Braziliya yığmasına baş məşqçi təyin olunması ilə bağlı fikirlərini bölüşüb.
“Qafqazinfo” “Madrid Universal”a istinadən xəbər verir ki, o deyib:
“26 may tarixindən etibarən Braziliya yığmasının baş məşqçisi olacağam. Bu, böyük bir çağırışdır, amma mən hələ də “Real”ın baş məşqçisiyəm. Bu möhtəşəm macəranın bu hissəsini yaxşı şəkildə başa vurmaq istəyirəm.
Niyə ayrılığım indi rəsmiləşdi? Çünki Braziliya Futbol Konfederasiyası bununla bağlı açıqlama yaydı və 26-sı tarixindən etibarən mən həmin milli komandanın baş məşqçisi olacağam. “Real” rəsmi açıqlamanı istədiyi vaxt verəcək. Burada heç bir problem yoxdur. Mən bilmirəm, nə vaxt paylaşacaqlar. Onlar bunu lazım bildikləri vaxt edəcəklər”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 14 May 2025 00:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















