And içmişəm, hamısının adını sadalayacağam
Axsham.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Aktrisa Zülfiyyə Qurbanova çəkildiyi açıq-saçıq rolla bağlı ona sual ünvanlayanları tənqid edib.
Axşam.az xəbər verir ki, aktrisa bu cür suallardan yorulduğunu bildirib. O bildirib ki, artıq müsahibə verəndə belə bu cür sualların ona ünvanlanmasını istəmir:
“Artıq paylaşacağam, bəlkə savadsız suallardan canımız qurtara. Bundan sonra ərinməyəcəyəm, serial və filmlərdə olan öpüşmə , zorlama və sairə kimi səhnələri paylaşacağam. Hünərləri çatmır belələrinə sual verməyə. Zülfiyyə Qurbanova gəldi bir əxlaqsız qadın obrazı oynadı. Hələ tamaşaçılar...Mənim oynadığım roldan danışmaqdansa, gedin onlardan, həmin səhnələrə çəkilənlərdən danışın. And içmişəm, belə sual verən kimi səhnələrin adını bir-bir açıqlayacağam. Adamı iyrəndirmisiniz".
Qeyd edək ki, Z.Qurbanova "Zəhər tuluğu", "Mikrorayon" kimi ekran işlərindəki obrazları ilə son illər gündəmdədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 18 Sentyabr 2026 12:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















