Anderson “Siti”də ildə təxminən 17 milyon avro qazanacaq
Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Mançester Siti” “Nottingem Forest”dən yarımmüdafiəçi Elliot Andersonu almaq üçün 116 milyon funt sterlinq (135 milyon avro) məbləğində razılığa gəlib.
23 yaşlı futbolçu klubla beş illik müqavilə imzalayacaq və bonuslar da daxil olmaqla həftədə təxminən 300.000 funt sterlinq (350.000 avro) qazanacaq.
“The Athletic”dən Devid Ornşteynin sözlərinə görə, İngiltərə millisinin üzvü ilə müqaviləyə daha 12 aylıq müqavilə imzalamaq imkanı daxildir.
Mənbənin məlumatına görə, Anderson cümə günü (26 iyun) Nyu-Yorkda tibbi müayinədən keçəcək.
Ötən mövsüm yarımmüdafiəçi bütün yarışlarda 50 oyun keçirib, dörd qol vurub və beş məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 75 milyon avrodur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 26 İyun 2026 18:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















