Andrey Demçenkonun “Araz Naxçıvan”a təyinatının yubanmasının səbəbi
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ukraynalı mütəxəssis Andrey Demçenko “Araz-Naxçıvan” klubu ilə hərtərəfli razılığa gəlsə də, hələlik baş məşqçi təyinatı rəsmən açıqlanmayıb.
İdman.Biz futbolinfo.az-a istinadən xəbər verir ki, gecikmənin səbəbi 49 yaşlı çalışdırıcının əvvəlki klubu “Jenis”lə bağlı məsələlərdir.
Belə ki, A.Demçenko ilə Qazaxıstan klubu arasında müqaviləyə vaxtından əvvəl xitam verilib və məşqçi sözləşməsinin müddəti bitənə qədər nəzərdə tutulmuş məvacibinin ödənilməsini tələb edib.
Tərəflərin artıq bu məsələdə ortaq məxrəcə gəldiyi bildirilir. Bu isə o deməkdir ki, Demçenkonun “Araz-Naxçıvan”la tezliklə rəsmi müqavilə imzalaması üçün ciddi problem qalmayıb.
Qeyd edək ki, Andrey Demçenko ilə “Araz-Naxçıvan” arasında 1,5 illik müqavilə planlaşdırılır.
Baxış sayı:99
Bu xəbər 30 Dekabr 2025 16:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















