Icma.az
close
up
RU
Dünya azərbaycanlılarının qurultayları: Tarixi davamlılıq və strateji perspektiv

Dünya azərbaycanlılarının qurultayları: Tarixi davamlılıq və strateji perspektiv

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Dünya Azərbaycanlılarının Qurultayları müasir Azərbaycan tarixində milli birliyin, dövlət–diaspor münasibətlərinin və qlobal azərbaycançılıq ideologiyasının formalaşmasında mühüm rol oynayan strateji platformalardır. Bu Qurultaylar təkcə tədbir xarakteri daşımır, eyni zamanda Azərbaycan dövlətinin uzunmüddətli milli siyasətinin ideoloji və institusional dayaqlarını müəyyən edir. Tarixi davamlılıq prinsipi əsasında keçirilən bu toplantılar milli maraqların qorunması və gələcək hədəflərin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir.

2001-ci ildə keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı müstəqil Azərbaycanın diaspor siyasətində yeni mərhələnin başlanğıcı oldu. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə baş tutan bu Qurultay dünya azərbaycanlılarını vahid milli ideya ətrafında birləşdirdi. Həmin dövrdə əsas məqsəd pərakəndə fəaliyyət göstərən diaspor təşkilatlarını koordinasiya etmək, milli kimliyin qorunmasını təmin etmək və Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə sistemli şəkildə çatdırmaq idi. Bu Qurultay milli birliyin institusional əsaslarını formalaşdıraraq gələcək mərhələlər üçün ideoloji baza yaratdı.

Sonrakı illərdə keçirilən Qurultaylar bu ideoloji xəttin davamı kimi çıxış edərək diaspor fəaliyyətinin daha da genişlənməsinə və dərinləşməsinə xidmət etdi. Tarixi davamlılıq prinsipi bu prosesdə əsas istiqamətverici amil oldu. Hər bir Qurultay əvvəlki mərhələlərin təcrübəsini ümumiləşdirərək yeni çağırışlara uyğun strateji hədəflər müəyyənləşdirdi. Bu yanaşma dünya azərbaycanlılarının fəaliyyətində ardıcıllığı və məqsədyönlülüyü təmin etdi.

Prezident İlham Əliyevin rəhbərliyi dövründə Dünya Azərbaycanlılarının Qurultayları yeni məzmun qazandı. Dövlət–diaspor münasibətləri keyfiyyətcə yeni mərhələyə keçərək qarşılıqlı tərəfdaşlıq modelinə çevrildi. Bu mərhələdə diaspor yalnız dövlətin dəstək verdiyi struktur deyil, həm də milli maraqların qlobal müstəvidə müdafiəsində fəal iştirak edən güc mərkəzi kimi formalaşdı. Qurultaylar bu qarşılıqlı münasibətlərin strateji platforması rolunu oynadı.

2020-ci ildə qazanılmış Qarabağ Zəfəri Dünya Azərbaycanlılarının Qurultaylarının ideoloji mahiyyətini köklü şəkildə dəyişdi. Uzun illər işğal faktı ətrafında qurulan fəaliyyət gündəliyi qalib dövlətin maraqlarının müdafiəsinə yönəldi. 2022-ci ildə Şuşada keçirilən V Qurultay bu yeni reallığın ideoloji və siyasi təsdiqi oldu. Şuşa Qurultayı tarixi davamlılığın simvolu olmaqla yanaşı, strateji perspektivlərin də aydın ifadəsinə çevrildi.

Şuşada keçirilən Qurultay göstərdi ki, dünya azərbaycanlıları artıq təkcə milli yaddaşın qoruyucuları deyil, həm də qalib dövlətin ideoloji dayaqlarıdır. Prezident İlham Əliyevin çıxışında səsləndirilən fikirlər diaspor fəaliyyətinin gələcək istiqamətlərini müəyyən etdi. Qalib Azərbaycanın mövqelərinin beynəlxalq aləmdə möhkəmləndirilməsi, yeni reallıqların qəbul etdirilməsi və informasiya mübarizəsinin gücləndirilməsi əsas strateji hədəflər kimi önə çəkildi.

Strateji perspektiv baxımından Qurultayların əsas funksiyalarından biri gənclərin diaspor fəaliyyətinə inteqrasiyasıdır. Gənc nəsil müasir dünyada milli ideyaların daşıyıcısı olmaqla yanaşı, qlobal düşüncə tərzinə malikdir. Onların fəal iştirakı dünya azərbaycanlılarının gələcəkdə daha çevik və təsirli fəaliyyət göstərməsinə imkan yaradır. Bu baxımdan Qurultaylar nəsillərarası ideoloji körpü rolunu oynayır.

Dünya Azərbaycanlılarının Qurultayları eyni zamanda mədəni, humanitar və iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün strateji platforma kimi çıxış edir. Azərbaycan mədəniyyətinin təbliği, multikultural dəyərlərin təşviqi və dövlətin beynəlxalq təşəbbüslərinin dəstəklənməsi bu fəaliyyətin əsas istiqamətlərindəndir. Bu yanaşma azərbaycançılıq ideologiyasını qlobal miqyasda daha da möhkəmləndirir.

Nəticə etibarilə, Dünya Azərbaycanlılarının Qurultayları tarixi davamlılıq və strateji perspektivlərin vəhdətini təcəssüm etdirir. Bu Qurultaylar milli birliyin möhkəmləndirilməsi ilə yanaşı, Azərbaycanın qlobal arenada artan rolunun ideoloji təminatçısıdır. Formalaşdırılmış strateji xətt dünya azərbaycanlılarını yalnız keçmişin daşıyıcıları deyil, gələcəyin fəal qurucuları kimi təqdim edir. Bu davamlı və məqsədyönlü fəaliyyət Azərbaycan dövlətinin gücünü və nüfuzunu uzunmüddətli perspektivdə daha da artıracaqdır.

Gülbəniz Əliyeva,

YAP Füzüli küçəsi 65 üzrə ƏPT sədri (ARXKOM), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ümumi İşlər və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Dekabr 2025 18:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see347

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see238

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see220

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see188

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see169

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see169

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see165

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see155

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see154

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see154

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see152

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see152

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see151

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see150

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see149

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see139

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see138

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see135

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri