Icma.az
close
up
RU
Mert Çelik: “Mən günahsızam, yenidən Azərbaycan millisinə dəvət almaq istəyirəm“ MÜSAHİBƏ

Mert Çelik: “Mən günahsızam, yenidən Azərbaycan millisinə dəvət almaq istəyirəm“ MÜSAHİBƏ

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

Azərbaycan millisinin sabiq futbolçusu Mert Çelik "Report"a müsahibə verib. "Neftçi" və "Səbail" klublarında çıxış etmiş müdafiəçi Türkiyə futbolunun gündəmini zəbt edən mərc oyunları məsələsində adının hallanmasına münasibət bildirib. Baş verənlərə görə təəssüfləndiyini deyən "Sivasspor"un 25 yaşlı futbolçusu martda yenidən Azərbaycan yığmasından dəvət gözlədiyini söyləyib.

- Adınızın mərc oyunlarında hallanması ilə bağlı nə deyə bilərsiniz?

- İlk gündən bəri yaxın ətrafıma eyni şeyi deyirdim. Mən heç bir mərc oyunu oynamamışam. Yaxın zamanda hər şeyin ortaya çıxacağını gözləyirdim. Nəhayət, həqiqət gün üzünə çıxdı. Məni ən çox narahat edən məqam adımın belə bir məsələdə hallanması oldu.

- Nəticədə 45 gün müddətinə futboldan kənarlaşdırıldınız...

- Yenə də ən yüngül cəza ilə bu prosesi geridə qoymaq mənə müəyyən mənada təsəlli verir. Yaxın zamanda bu hadisələri unudub, daha güclü şəkildə geri dönməyi planlaşdırıram. Verilən qərarı normal qarşılayıram.

- Ümumiyyətlə, sizi bu məsələdə günahlandırmalarının səbəbi nə idi?

- Məsələnin səbəbi uşaqlıqda açdığım və mövcudluğundan xəbərsiz olduğum bir hesab idi. Bu hesabdan heç bir mərc edilməyib. Amma sən demə, hesab varsa və heç bir mərc edilməyibsə belə, cəza tətbiq olunur. Mən bunu bilmirdim. Türkiyə Futbol Federasiyası da ən aşağı olan, 45 günlük cəzanı verdi.

- Məlum hadisənin Azərbaycanda da böyük rezonans doğurduğunu bilirdiniz?

- Bəli. Buna görə də təəssüf hissi yaşadım.

- Son olaraq, Azərbaycanın Belarus millisi ilə keçirdiyi hazırlıq oyununda iştirak etmişdiniz. Daha sonra milli komandanın heyətində meydana çıxmadınız. Sizcə, yığmaya çağırılmamağınızın səbəbi bu məsələ ilə bağlıdır?

- Bu məsələnin milli komanda ilə heç bir əlaqəsi yoxdur. Bu mövsüm bir neçə dəfə dəvət aldım. Həm Fernandu Santuş, həm də Ayxan Abbasov məni siyahıya daxil edib. "Sivasspor" da bu barədə məlumatlı idi. Lakin son anda rəsmi oyun üçün heyətə alınmadım.

- 45 gün ərzində nə etməyi planlaşdırırsınız?

- Təbii ki, durmadan çalışacağam. Həm "Sivasspor"un Superliqaya çıxması, həm də Azərbaycan yığmasına dəvət ala bilmək üçün əlimdən gələni edəcəyəm.

- "Sivasspor" rəhbərliyi ilə danışığınız oldu?

- "Sivasspor" rəhbərliyi günahsız olduğumu ilk gündən bilirdi. Çünki dosyemin təmiz olduğunu gördülər. Klub prezidenti və məşqçilər heyəti "Sivasspor" camiəsinin arxamda olduğunu bildirdilər. Bu mənə çox motivasiya verdi. Nəticədə dedikləri kimi də oldu və mən "Sivasspor"un formasını geyinməyə davam edəcəyəm.

- Bəs Azərbaycandan necə, sizinlə əlaqə saxlayanlar oldu?

- Xeyr, belə bir hal yaşanmadı.

- Mövcud durumun yenidən Azərbaycan millisinə çağırılmağınıza mane olacağını düşünmürsünüz?

- Bu vəziyyətin gələcəkdə problem yaradacağını düşünmürəm. Çünki günahsızam. Mərc oyunları ilə heç bir bağlılığım yoxdur. İnanıram ki, martda yenidən yığmaya çağırılacağam. Geri dönüb, Azərbaycan millisinə töhfə vermək istəyirəm.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://moderator.az
archiveBu xəbər 15 Noyabr 2025 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see224

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see208

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see191

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see186

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see182

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see162

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see162

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see158

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see156

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see146

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see145

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see141

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see138

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see137

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see137

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see136

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see134

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see132

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri