Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

Xərçəng xəstələrinin sayı 67% artacaq

YAP xalqa layiqli xidmət nümunəsi yaradıb

Cənubi Qafqaz indi başqalarının diktəsi ilə yaşamır

Fernandes: “Holand vəhşi heyvandır, əsl vəhşi heyvan”

Süni intellekt bizim ömrümüz ərzində xərçəngin müalicəsini tapacaq Arm rəhbəri

İspan jurnalist: “Pedri və Rafinya Avropa üçün mövcud deyil”

“Mançester Siti” səfərdə “Portu”ya şans vermədi Çempionlar Liqası

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Şəkər xəstəliyinin tualetdə görünən əlamətləri necədir?

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

Bu meyvələrin qabığını yemək olarmı?

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

Ələtdə yeni bir Azərbaycan tikilir MÜSAHİBƏ

Ələtdə yeni bir Azərbaycan tikilir MÜSAHİBƏ

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Bu layihə Azərbaycanın iqtisadi təhlükəsizliyində müsbət mənada ciddi rol oynayacaq"

Ələtdə tamamilə yeni bir Azərbaycan tikilir. Ələt Azad İqtisadi Zonası ölkənin iqtisadi inkişaf strategiyasında mühüm dönüş nöqtəsi olmaqla, qeyri-neft sektorunun güclənməsinə və innovativ biznes mühitinin formalaşmasına güclü təkan verəcək. Mütəxəssislərin fikrincə, bu layihə Azərbaycanın iqtisadi modelində əsl inqilabi dəyişikliklərə yol aça bilər.

Və bu layihə Azərbaycanın iqtisadi təhlükəsizliyinə müsbət mənada ciddi rol oynayacaq.

Məsələ ilə bağlı Modern.az-la fikirlərini bölüşən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili Ələt Azad İqtisadi Zonasının perspektivləri və ölkə iqtisadiyyatına təsirləri barədə maraqlı açıqlamalar verib.

- Tahir müəllim, Ələt Azad İqtisadi Zonası ilə bağlı cəmiyyətdə geniş müzakirələr gedir. Sizcə, Ələt Azad İqtisadi Zonasının yaradılmasının əsas məqsədi nədir?

- Azərbaycanda iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı üçün mühüm addımlar atılır. Ələt Azad İqtisadi Zonası da Azərbaycanın bilik əsaslı və beynəlxalq rəqabətqabiliyyətli iqtisadiyyatını inkişaf etdirmək istiqamətində dövlət başçısı cənab İlham Əliyevin iqtisadi siyasətinin mühüm bir hissəsidir. Azad Zonanın yaradılmasında da əsas məqsəd məhz şaxələndirilmiş və ixracyönümlü iqtisadiyyata keçidə böyük töhfə vermək, müasir enerji, nəqliyyat və logistika infrastrukturu əsasında yüksək əlavə dəyər yaradan dünya səviyyəsində cəlbedici biznes mühiti yaratmaqdır. 

- Xarici investorlar üçün bu layihə xeyli cəlbedici görünür. Layihənin üstünlüyü nədən ibarətdir?

- İlk növbədə qeyd etmək lazımdır ki, Ələt Azad İqtisadi Zonasının yerləşdiyi məkan strateji baxımdan son dərəcə əlverişlidir. Azad Zona Şimal–Cənub və Şərq–Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində, eləcə də Bakı Beynəlxalq Dəniz Ticarət Limanına birbaşa yaxınlıqda yerləşir. Bu coğrafi üstünlük Azad Zonanın regional investisiya mərkəzinə çevrilməsində mühüm rol oynayacaq.

İkinci və bəlkə də ən vacib amil Azad Zonanın müasir qanunvericilik bazasıdır. Bu hüquqi çərçivə zonanın eksterritorial statusunu təmin etməklə yanaşı, Səlahiyyətli Qurumun müstəqil idarəetmə səlahiyyətlərini də dəqiqliklə müəyyən edir. Bu yanaşma beynəlxalq səviyyədə qəbul edilmiş azad iqtisadi zona modellərinə tam uyğun olmaqla, investorlar üçün sabit və şəffaf hüquqi mühit yaradır.

Nəhayət, Ələt Azad İqtisadi Zonasında əlverişli biznes və investisiya mühiti formalaşdırmaq məqsədilə, yerli və xarici investorlar üçün geniş maliyyə və qeyri-maliyyə güzəştləri tətbiq edilir. 

Buraya mənfəət vergisi, əlavə dəyər vergisi, ödəmə mənbəyində vergi və hər hansı digər korporativ vergidən, habelə gömrük rüsumları və vergilərindən azadolmalar, sadələşdirilmiş inzibati prosedurlar, həmçinin “vahid pəncərə” prinsipi ilə xidmət göstərən Biznes Mərkəzi daxildir. Bundan əlavə, investorlar istifadəyə tam hazır müasir mühəndis-kommunikasiya sistemləri və lazımi infrastrukturla təmin olunmuş sənaye torpaq sahələri ilə təmin edilirlər.

- O zaman belə bir sual yaranır. Azad Zonanın qanunvericiliyi və idarəetmə sistemi nəyə əsaslanır?

- Öncə də qeyd etdiyim kimi, investorlar üçün ən cəlbedici amillərdən biri Ələt Azad İqtisadi Zonasının eksterritoriallığını və Səlahiyyətli Qurumun müstəqilliyini tam təmin edən mükəmməl normativ-hüquqi bazadır. Bu qanunvericilik bazası Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmiş və cənab Prezident tərəfindən ölkənin üstün qanunu kimi təsdiqlənmiş “Ələt azad iqtisadi zonası haqqında” Qanun, eləcə də Səlahiyyətli Qurum tərəfindən qəbul edilmiş daxili qaydalardan ibarətdir. Qanuna əsasən, Azad Zona qanunvericiliyi əsas iqtisadiyyat qanunvericiliyindən üstün hüquqi qüvvəyə malikdir. Bu üstünlüyü təmin etmək və hər hansı hüquqi ziddiyyətləri aradan qaldırmaq məqsədilə Azərbaycan Respublikasının 90-dan çox qanununa (vergi, gömrük, əmək, mübahisələrin həlli və s.) müvafiq dəyişikliklər edilmişdir.

Beləliklə, Azad Zonada yaradılmış müəssisələrin fəaliyyəti yalnız bu qanunla tənzimlənir və Səlahiyyətli Qurum investorların maraqlarını qorumaqla, qanunvericiliyin dəqiq icrasına tam cavabdehdir. Əsas iqtisadiyyat qanunvericiliyi, Azad Zonada yalnız cinayət və çirkli pulların yuyulmasına qarşı qanunvericilik istisna olmaqla, tətbiq edilmir. 

Qeyd etmək yerinə düşər ki, qanunvericilik aktları tərtib olunarkən dünyada oxşar təcrübələr dərindən təhlil edilmiş, regiona ən uyğun məsələlər nəzərə alınmışdır. 

- Hazırda Azad Zona ərazisində tikilən beynəlxalq hava limanı zonanın inkişafına necə təsir göstərəcək?

- İnşa olunan beynəlxalq hava limanı sərnişin daşımaları və biznes aviasiyası ilə yanaşı, yükdaşıma xidmətləri də göstərəcək. Azad Zonanın ərazisində yük hava limanının yaradılması, yüksək dəyərli və vaxt baxımından həssas yüklərin, eləcə də yüksək əlavə dəyərli və ixrac yönümlü istehsal sahələrinin cəlb edilməsində mühüm rol oynayacaq. 

Azad Zona ərazisində yerləşən hava limanı malların sürətli və səmərəli daşınmasını təmin etməklə zonada fəaliyyət göstərən müəssisələr üçün mühüm üstünlük yaradacaq. Bu müəssisələr Azad Zona tərəfindən təqdim edilən vergi və gömrük güzəştlərindən, müasir infrastrukturdan və hazır sənaye torpaq sahələrindən faydalanaraq daha çevik istehsal və ixrac imkanlarına sahib olacaqlar. 

Həmin hava limanı yüksək əlavə dəyərli, yüksək texnoloji və digər vaxt və dəyər baxımından həssas məhsulların istehsalı ilə məşğul olacaq müəssisələr üçün effektiv hava daşınmasını təmin edəcək. Bu, bilik tutumlu və innovativ texnologiyalarla işləyən sənaye sahələri üçün xüsusilə əhəmiyyətlidir. Hava limanının tikilməsi isə məhz bu sənaye sahələrinin Azad Zonaya cəlb edilməsinə xüsusi töhfə verəcək.

Beləliklə, yük hava limanının fəaliyyəti Azad Zonanı regional və qlobal logistika şəbəkələrinin əsas mərkəzinə çevirəcək, Azad Zonada yerləşən müəssisələrin qlobal səviyyədə rəqabət aparmaq, xərcləri azaltmaq və ixrac bazarlarını genişləndirmək imkanlarını artıracaq.

- Müsahibənin əvvəlində ümumən Azad Zona Azərbaycanın qeyri-neft sektorunun inkişafına ciddi təsir edəcəyini söylədiniz. Daha konkret danışmaq olarmı?

- Qəbələdə keçirilən Türk Dövlətləri Dövlətkəri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci zirvə görüşündə türk dünyasında iqtisadi inteqrasiyasının güclənməsi, trans-Xəzər imkanlarının artırılması üçün ortaq səylərin göstərilməsi, Orta Dəhlizin imkanlarının gücləndirilməsi yönümündə bir çox fikirlər səsləndi. 
Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə bu imkanların reallaşması mümkün olacaq. Məhz Orta Dəhlizin əsas həlqələrindən biri olan Azad Zona iqtisadi inteqrasiya və vahid bazarın inkişafı sahəsində mühüm rol oynayacaq.

Eyni zamanda, Ələt Azad İqtisadi Zonasının fəaliyyəti Azərbaycanın qeyri-neft sektorunun inkişafına mühüm töhfə verəcək. Zona investorlara səmərəli fəaliyyət göstərmək və yüksək əlavə dəyər yaradan məhsullar istehsal etmək üçün bütün zəruri şəraiti yaradır. Bu, ölkəyə uzunmüddətli xarici investisiyaların cəlb edilməsini, ixrac yönümlü istehsalın genişlənməsini və qeyri-neft sənayesinin rəqabət qabiliyyətinin artırılmasını təmin edir.

Azad İqtisadi Zona əsas iqtisadiyyatdakı yerli şirkətlərlə sıx əməkdaşlıq əlaqələrinin qurulmasına şərait yaradır. Qanunvericiliyə əsasən, yerli müəssisələrin Azad Zonada fəaliyyət göstərən şirkətlərə satdığı məhsullar əlavə dəyər vergisindən və gömrük rüsumundan azaddır ki, bu da yerli istehsalçılar üçün əlverişli ixrac imkanları yaradır. Bu mexanizm həm Azad Zonanı, həm də əsas iqtisadiyyatı gücləndirərək, yerli resursların istifadəsini artırır və istehsal zəncirinin səmərəliliyini yüksəldir.

Beləliklə, Ələt Azad İqtisadi Zonasının fəaliyyəti qeyri-neft sektorunda yeni biznes mədəniyyətinin formalaşmasına, innovativ texnologiyaların tətbiqinə və bilik əsaslı iqtisadiyyatın inkişafına real təkan verir. Zona həm xarici, həm də yerli sahibkarlar üçün qarşılıqlı faydalı əməkdaşlıq platforması rolunu oynayaraq, Azərbaycanın iqtisadiyyatının diversifikasiyasını sürətləndirə və beynəlxalq rəqabət qabiliyyətini gücləndirəcəkdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 Oktyabr 2025 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see638

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see440

Xərçəng xəstələrinin sayı 67% artacaq

09 Sentyabr 2026 01:01see292

YAP xalqa layiqli xidmət nümunəsi yaradıb

08 Sentyabr 2026 22:50see262

Cənubi Qafqaz indi başqalarının diktəsi ilə yaşamır

08 Sentyabr 2026 23:23see258

Fernandes: “Holand vəhşi heyvandır, əsl vəhşi heyvan”

09 Sentyabr 2026 02:30see248

Süni intellekt bizim ömrümüz ərzində xərçəngin müalicəsini tapacaq Arm rəhbəri

08 Sentyabr 2026 23:41see247

İspan jurnalist: “Pedri və Rafinya Avropa üçün mövcud deyil”

09 Sentyabr 2026 03:43see247

“Mançester Siti” səfərdə “Portu”ya şans vermədi Çempionlar Liqası

09 Sentyabr 2026 01:34see242

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see237

Şəkər xəstəliyinin tualetdə görünən əlamətləri necədir?

08 Sentyabr 2026 23:21see232

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see227

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see211

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see207

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see207

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see203

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see195

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see193

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see185

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri