Icma.az
close
up
RU
Anidən gələn baş katib

Anidən gələn baş katib

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

AFFA İcraiyyə Komitəsinin iclasları gizli olur. Mətbuat buna görə gedişatı yaxından izləyə bilmir. Yaxşı hal deyil və güman edək ki, demokratiya+şəffaflıq yolu seçən yeni rəhbərlik belə mühüm məsələlərə daha həssas yanaşar.

Gələk dünən keçirilən ilin ilk iclasına. Bu da gizli baş tutdu. Özü də əvvəlkilərə nisbətən gizliliyə daha həssas yanaşılmışdı. Məsələn, bəzən iclas gündəliyi əvvəldən anons edilirdisə, bu dəfə tam məxfi toplantıya cəhd edilmişdi. Bu, müxtəlif cür yozulur, lakin yaxşıya doğru əlamət olmadığı aşkardır.

İclas onsuz da gecikmişdi. Əslində, yanvarın ikinci yarısında baş tutmalı idi, ancaq bəzi mövzularda İK üzvləri arasında fikir ayrılığı prosesi uzadırdı.

Nəhayət, iclas baş tutdu və ilk məlum olan məsələ AFFA-nın yeni rəhbərliyində hələ də təmərküzləşmənin alınmadığı sezilməsiydi. İclas başlar-başlamaz kim(lər)sə məxfilik əhdinə xilaf çıxıb bəzi məlumatları mətbuata ötürmüşdü.

Ola bilər, bu məqam o qədər də diqqət çəkmir, lakin yeni rəhbərlik anlamalıdır, məhz bu cür xırda görünən məsələlər gələcəkdə böyük problemlərin əmələ gəlməsinin əsasını qoyur.

İnformasiya təhlükəsizliyi müasir həyatın ən vacib meyarlarındandır.

Məsələn, elə hövlnak sızdırılan məlumatdan – AFFA-nın baş katibi Sərxan Hacıyevin istefası və Cahangir Fərəcullayevin bu posta təyinatından başlayaq.

Bunu rezonans sayanlar az deyil. Lakin məsələyə real prizmadan və tarixi gedişat aspektindən yanaşsaq, bir məqamı qeyd etmək olar. Bu, nə icraçı vitse-prezident Sərxan Hacıyevin “vurulmasıdır”, nə də daxili yeni cərəyanların formalaşması…

Cahangir bəyin portfoliosuna nəzər yetirəndə məlum olur ki, futbola yad olsa da, yeni AFFA rəhbərliyinə yad deyil. İdarəetmə sistemində təcrübəsi olan Fərəcullayev futbolda aparıcı fiqur olmayacaq. Güman ki, Elxan Məmmədovun dövründə səlahiyyətlərini aşan baş katib postu bundan sonra AFFA əsasnaməsinə uyğun şəklə salınacaq. Yəni baş katib, bir növ, səlahiyyətləri çərçivəsində işləyəcək, katibliyə nəzarət mexanizmi isə Sərxan Hacıyevin icra etdiyi icraçı vitse-prezident vəzifəsindən tənzimlənəcək.

Bir sözlə, Məmmədovla populyarlaşan və mahiyyətindən iddialı görünən baş katib vəzifəsi əslində olmalı olduğu mahiyyətə gətiriləcək.

Maraqlıdır ki, son iclasda bu və başqa strateji gedişlərə qarşı çıxan olmayıb. Hətta AFFA-nın ən qocaman ismi, vitse-prezident, “boz kardinal” Elşad Nəsirov da…

Yeni AFFA rəhbərliyinin təmərküzləşməsi, kabinet strukturunun tamamlanması isə hələ biraz da vaxt aparacaq.

Elçin Cəlilov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:178
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 04 Fevral 2025 09:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see826

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see274

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see269

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see266

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see261

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see244

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see238

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see237

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see225

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

12 Oktyabr 2026 14:37see203

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see196

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see193

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see193

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see192

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see189

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see188

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see187

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see183

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see183

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri