Tailandın turizmlə bağlı hədəfi: 23 milyard...
Icma.az, Axar.az portalına istinadən məlumat verir.
Tailand 2027-ci ildə uzaq ölkələrdən 11 milyon turist cəlb etməyi və təxminən 23 milyard ABŞ dolları gəlir əldə etməyi hədəfləyir.
Axar.az xəbər verir ki, bu hədəf neft qiymətlərinin artması, aviasiya xərclərinin yüksəlməsi və Yaxın Şərqdəki münaqişə kimi çətinliklərə baxmayaraq qarşıya qoyulub.
Tailandın turizm qurumunun (TAT) Avropa, Amerika, Yaxın Şərq və Afrika üzrə beynəlxalq marketinqdən məsul sədr müavini Çiravadi Xunsubun proqnozuna görə, uzaq məsafəli bazarlar 2027-ci ildə təxminən 4 faiz artım nümayiş etdirəcək. TAT 2026-cı il üçün də bu bazarlardan 10,7 milyon ziyarətçi qəbul etmək və 690 milyard baht gəlir əldə etmək hədəfini qüvvədə saxlayıb. İlin sonuna qədər gələnlərin sayının təxminən 10,77 milyona çatacağı və bununla da hədəfin aşılacağı gözlənilir.
Qeyd edək ki, ötən il Tailand 32 milyondan çox xarici turist qəbul edərək, Malayziyadan (42 milyon) sonra Cənub-Şərqi Asiyada ən çox ziyarət edilən ikinci ölkə olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 28 Noyabr 2026 19:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















