Icma.az
close
up
RU
Anım Günü dərin ehtiramın ifadəsidir ŞƏRH

Anım Günü dərin ehtiramın ifadəsidir ŞƏRH

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Anım Günü dərin ehtiramın ifadəsidir. Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinə daim yüksək ehtiram göstərir, onların xatirəsinin əbədiləşdirilməsini, eləcə də qazilərimizin müalicəsini və sağlamlıqlarının bərpasını diqqət mərkəzində saxlayır.

Prezident İlham Əliyev çıxışlarında şəhidlərin qəhrəmanlığını daim yüksək qiymətləndirir. Dövlətimizin başçısı 10 noyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsinin başa çatması ilə bağlı xalqa müraciətində şəhidlərin qəhrəmanlığından, igidliyindən söz açaraq demişdir: "Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torplaqlarımıza qayıdırıq. Biz bu Qələbəyə görə onlara borcluyuq. Onlar torpağımızı işğalçılardan qarış-qarış azad edib, onlar bizim bayrağımızı işğal edilmiş torpaqlarda qaldırıb. Bu, bizim hamımızın qələbəsidir, bütün Azərbaycan xalqının. Azərbaycan xalqı bir daha göstərdi ki, nə qədər böyük xalqdır, nə qədər vətənpərvər xalqdır, nə qədər dəmir iradəyə malik olan xalqdır.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yaradılan sənaye parkları, aqroparklar və kiçik biznes güzəştləri regiona yerli və xarici investisiyaların cəlb edilməsinə geniş imkanlar açıb. Azad olunmuş şəhər və kəndlərdə məskunlaşan vətəndaşlarımız üçün yeni iş yerlərinin açılması, peşə təlimlərinin təşkil olunması və sosial müdafiə tədbirlərinin həyata keçirilməsi insanların öz ata-baba yurdlarında daimi və firavan yaşamasına zəmin yaradır.

27 sentyabr bizə həm keçmişi, həm də gələcəyi düşünmək imkanı verir. Keçmişdə itirdiklərimizi unutmamaq, şəhidlərimizin adını yaşatmaq və onların uğrunda canından keçdiyi Vətənin qədrini bilmək hər birimizin borcudur. Bu gün həm də gələcək nəsillərə tariximizi düzgün anlatmaq günüdür. Çünki tarix yalnız kitab səhifələrində qalmamalıdır. Xalqın yaşadığı ağrı, göstərdiyi fədakarlıq və qazandığı Zəfər yaddaşlarda daim yaşamalıdır.

Ağaverdi Əliverdiyev
YAP Qusarrayon təşkilatının əməkdaşı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Sentyabr 2026 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see320

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see310

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see256

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see256

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see243

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see243

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see240

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see237

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see230

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see228

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see227

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see223

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see217

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see214

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see214

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see204

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see201

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see199

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri