Fransa 1.5 milyard avroluq hərbi peyklər hazırlayır
Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
Fransa Müdafiə Nazirliyinin Silahlanma üzrə Baş İdarəsi (DGA) yeni nəsil hərbi müşahidə peyklərinin hazırlanmasını “Airbus Defence and Space” və “Thales Alenia Space” şirkətlərinə həvalə edib.
Axar.az xəbər verir ki, bu barədə Fransa Silahlı Qüvvələr Nazirliyi məlumat yayıb.
Məlumata görə, dəyəri 1,5 milyard avrodan artıq olan müqavilə çərçivəsində hazırlanacaq iki İRİS (kosmik kəşfiyyat və təsvir sistemləri) peyki 2035-ci ilədək mövcud üç CSO peykini əvəz edəcək.
Bildirilib ki, İRİS proqramı çərçivəsində yaradılacaq peyklər ölkənin kosmosdan optik kəşfiyyat imkanlarını gücləndirəcək.
Hazırda istifadə olunan üç CSO peyki 2018, 2020 və 2025-ci illərdə orbitə buraxılıb. Yeni İRİS sistemi isə Fransaya kosmosdan görüntü əsaslı kəşfiyyat məlumatları əldə etmək imkanını qoruyub saxlamaqla yanaşı, görüntülərin keyfiyyətini və onların əldə olunma sürətini əhəmiyyətli dərəcədə yaxşılaşdırmalıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 10 Noyabr 2026 19:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















