Icma.az
close
up
RU
Anım Günü ilə əlaqədar tələbə gənclər tərəfindən silsilə tədbirlər təşkil olunub

Anım Günü ilə əlaqədar tələbə gənclər tərəfindən silsilə tədbirlər təşkil olunub

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 28 sentyabr, AZƏRTAC

27 Sentyabr - Anım Gününün 5-ci ildönümü ilə əlaqədar Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və üzv Tələbə Gənclər Təşkilatları (TGT) tərəfindən 23-30 sentyabr tarixlərini əhatə edən “Qürur və anım günü” həftəsi çərçivəsində silsilə tədbirlər keçirilir.

ATGTİ-dən AZƏRTAC-a bildirilib ki, həftə ərzində keçirilən ədəbi-bədii kompozisiyalar, videotəqdimatlar, diskussiyalar, sosial aksiyalar, idman və intellektual yarışlar gənclərin milli-mənəvi dəyərlərə bağlılığını və dövlətimizə sədaqətini bir daha nümayiş etdirib. Tədbirlər zamanı tələbə-gənclər şəhidlərimizin əziz xatirəsini böyük ehtiramla yad edib, onların qəhrəmanlıq yolunu qürurla xatırlayıblar.

Bakı və regionlarda fəaliyyət göstərən 50-dən çox ali və orta ixtisas təhsili müəssisəsində üzv TGT-lərin təşəbbüsü ilə “Vətən uğrunda: Qəhrəmanlıq, şəhidlik və gəncliyin cavabdehliyi”, “27 Sentyabr – Anım günü: Qəhrəmanların əziz xatirəsinə”, “Əbədi yaddaş”, “Qürur tariximiz”, “Zəfərə aparan yol” və digər mövzularda seminar və görüşlər reallaşdırılıb.

Azərbaycan Dövlət Pedaqoji Universitetində Gənclər Fondu, ATGTİ, “Böyük Qayıdış” Gənclər Təşkilatı və ADPU TGT-nin birgə təşkilatçılığı ilə keçirilən “Anım və qürur günü” tədbirində Vətən müharibəsi qaziləri, şəhid ailəsi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Eyni zamanda, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və ATGTİ-nin təşkilatçılığı ilə Bayraq Meydanı ətrafında 1000-dən çox tələbənin iştirakı ilə “Xarıbülbül” fləş-mobu təşkil olunub. Anım Günü ilə əlaqədar olaraq paytaxtda yerləşən Zəfər Abidəsinə gənclər təşkilatları və Tələbə Gənclər Təşkilatlarının 2000-dən çox tələbə-gəncinin iştirakı ilə kütləvi yürüş təşkil olunub. Yürüşün məqsədi şəhidlərimizin müqəddəs xatirəsini böyük ehtiramla yad etmək, onların qəhrəmanlıq yolunu gənc nəslin yaddaşında daim yaşatmaq olub.

27 Sentyabr – Anım Günü bir daha sübut etdi ki, gənc nəsil şəhidlərin müqəddəs xatirəsini daim uca tutur, onların qəhrəmanlıq nümunəsini öz həyat amalında rəhbər seçir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Ordumuzun şücaəti və xalqımızın birliyi torpaqlarımızın azadlığına yol açdı. Bu azadlıq uğrunda canından keçən şəhidlərin xatirəsinin anılması və onların qəhrəmanlığının yaddaşlarda əbədi yaşadılması mühüm bir amal olaraq qalacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Sentyabr 2025 18:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see347

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see238

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see220

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see188

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see169

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see169

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see165

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see155

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see154

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see154

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see152

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see152

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see151

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see150

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see149

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see139

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see138

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see135

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri