Icma.az
close
up
RU
Anım Günü: şəhidlərin xatirəsinə dərin ehtiram nümunəsi

Anım Günü: şəhidlərin xatirəsinə dərin ehtiram nümunəsi

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Vətən müharibəsində, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda həyatını itirmiş şəhidlərin xatirəsi ölkəmizdə dərin ehtiramla yad olunur. Anım Günü bizə Zəfərin yalnız tarixi nəticəsini deyil, həmin Qələbənin arxasında dayanan böyük fədakarlığı, insan talelərini, yarımçıq qalan arzuları xatırladır.

Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə sentyabrın 27-si ölkəmizdə Anım Günü elan edilib. Sərəncamda Vətən müharibəsində qəhrəmanlıq göstərən hərbçilərin, arxa cəbhədə çalışan mülki insanların, bütövlükdə xalqın birlik və həmrəyliyinin xüsusi əhəmiyyəti qeyd olunur. Hər il sentyabrın 27-də saat 12:00-da bir dəqiqəlik sükutla şəhidlərin yad edilməsi ümumxalq ehtiramının mühüm ifadəsinə çevrilib.
Azərbaycan uzun illər Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, siyasi və diplomatik vasitələrlə həllinə çalışdı. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Azərbaycanın ərazilərindəki hərbi əməliyyatlarla bağlı 822, 853, 874 və 884 saylı qətnamələr qəbul etdi. Bu sənədlərdə atəşin dayandırılması, işğal olunmuş ərazilərdən qüvvələrin çıxarılması, münaqişənin danışıqlar yolu ilə həlli kimi məsələlər əksini tapırdı. Lakin uzun illər ərzində münaqişənin həlli mümkün olmadı. Cəbhə xəttində gərginlik, hərbi təxribatlar, yaşayış məntəqələrinin atəşə tutulması vəziyyətin mürəkkəbliyini artırırdı. 2016-cı ilin Aprel döyüşləri, 2020-ci ilin iyulunda Tovuz istiqamətində baş verən silahlı toqquşmalar da qarşıdurmanın davam etdiyini göstərirdi. Nəhayət, 27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinə və yaşayış məntəqələrinə atəş açması ilə genişmiqyaslı hərbi əməliyyatlar başladı. Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına keçdi və 44 gün davam edən Vətən müharibəsi ölkənin müasir tarixində həlledici mərhələyə çevrildi.
Vətən müharibəsi Azərbaycan Ordusunun hərbi imkanlarını, əsgər və zabitlərimizin peşəkarlığını, xalqımızın birlik və həmrəyliyini nümayiş etdirdi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və digər rayonlarının bir sıra ərazilərinin, Hadrut qəsəbəsinin, Şuşa şəhərinin azad olunması müharibənin gedişində mühüm mərhələlər oldu. 8 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi Zəfərin simvolik və strateji məqamlarından birinə çevrildi. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla hərbi əməliyyatların dayandırılması razılaşdırıldı. Sənədə əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması təmin edildi. Lakin bütün bu nailiyyətlərin arxasında böyük insan itkisi dayanırdı. Şəhidlərimizin hər birinin taleyi ayrıca bir həyat hekayəsidir. Onların arasında ailəsini, övladlarını, valideynlərini, dostlarını geridə qoyaraq Vətənin müdafiəsinə qalxan insanlar vardı.
Şəhidlərin fədakarlığı Azərbaycan xalqının milli yaddaşında əbədi yaşayacaq. Onlar Vətənin müdafiəsinin, dövlətçilik məsuliyyətinin, milli həmrəyliyin ən yüksək nümunələrindən birini yaradıblar. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir.
Son illərdə yaradılan memorial məkanlar, muzeylər və abidələr Zəfər tarixinin gələcək nəsillərə çatdırılmasına xidmət edir. Bakıda yaradılan Zəfər Parkı bu baxımdan xüsusi əhəmiyyət daşıyır. 2024-cü il noyabrın 8-də açılan parkda 44 günlük Vətən müharibəsini ifadə edən 44 metr hündürlüyündə, 44 sütunlu Zəfər tağı yaradılıb. Parkın əsas ideyalarından biri şəhidlərin xatirəsinin yaşadılması, Vətən müharibəsinin tarixinin qorunmasıdır. 2025-ci il noyabrın 8-də açılan Zəfər Muzeyi də bu yaddaşın mühüm məkanlarından biridir. Muzeydə Qarabağ və Şərqi Zəngəzurun tarixi, Ermənistan-Azərbaycan münaqişəsi, 44 günlük müharibə, Şuşanın azad olunması, qəhrəmanların döyüş yolu, dövlət suverenliyinin bərpası, eləcə də azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinə həsr olunmuş səkkiz ekspozisiya zalı yaradılıb. 2025-ci il sentyabrın 27-də Gəncədə açılan Memorial Kompleks isə Vətən müharibəsi zamanı raket hücumları nəticəsində həlak olmuş mülki şəxslərin xatirəsini əbədiləşdirir. Kompleks müharibənin acı nəticələrinin gələcək nəsillərə çatdırılması baxımından da mühüm yaddaş məkanıdır.
Şəhidlərin xatirəsinə ehtiramın ən mühüm göstəricilərindən biri onların ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən diqqətdir. Vətən müharibəsindən sonra şəhid ailələrinin sosial müdafiəsi, qazilərin müalicəsi və reabilitasiyası, mənzil və məşğulluq məsələlərinin həlli istiqamətində müxtəlif tədbirlər həyata keçirilib. “YAŞAT” Fondunun fəaliyyəti də bu istiqamətdə mühüm mexanizmlərdən biri kimi formalaşıb. Eyni zamanda Vətən müharibəsində göstərilən şücaətin dövlət səviyyəsində qiymətləndirilməsi məqsədilə “Zəfər” və “Qarabağ” ordenləri, eləcə də müxtəlif medallar təsis olunub. Belə addımlar hərbi xidmətin, fədakarlığın və Vətən qarşısında borcun dövlət tərəfindən yüksək qiymətləndirilməsinin ifadəsidir.
Şəhidlərin adı tariximizin ən müqəddəs səhifələrindən birində əbədi yaşayacaq. Onların həyatı, mübarizəsi və Vətən uğrunda göstərdikləri fədakarlıq gələcək nəsillərə böyük məsuliyyət aşılayır. Çünki şəhidlərin xatirəsinə ən böyük ehtiram onların uğrunda can verdiyi Vətənin dəyərini bilmək, dövlətçiliyi qorumaq, milli birliyi yaşatmaqdır.

Nurlan Həsənov
Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Sentyabr 2026 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see737

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see281

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see276

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see269

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see257

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see248

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see243

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see241

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see237

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see222

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see214

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see207

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see202

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see201

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see201

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see195

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see193

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see190

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see188

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri