Icma.az
close
up
RU
Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Tərtər, 27 sentyabr, AZƏRTAC

Sentyabrın 27-də ölkənin bütün ərazisində olduğu kimi, Tərtərdə də şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətinin, məhkəmə və hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının və Rayon Ağsaqqallar Şurasının sədrləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, idarə, müəssisə və təşkilatların kollektivləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri Şəhidlər Abidə Kompleksini ziyarət edib, önünə gül dəstələri qoyublar. Şəhidlərin ruhuna dualar oxunub.

Sonra 27 sentyabr-Anım Gününə həsr edilmiş məktəblilərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi zamanı canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinə ehtiram olaraq Tərtər Rayon İcra Hakimiyyətinin və YAP Tərtər rayon təşkilatının birgə təşkilatçılığı ilə şəhid ailələri və qazilər üçün ehsan süfrəsi açılıb. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri Suliddin Yusibov, şəhid Rəşad Mirzəlinin anası Afidə Mirzəyeva və başqaları çıxışe dərək, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdən və Vətən uğrunda canlarını qurban vermiş tərtərli qəhrəmanlardan söhbət açıblar.

Saat 12:00-da respublikamızın hər yerində olduğu kimi, Tərtərdə də şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edilib.

Ağdam rayonunda anım mərasimi rayonun girişindəki Şəhidlər Abidə Kompleksinin önündə keçirilib. Ağdam Rayon İcra Hakimiyyətinin, YAP Ağdam rayon təşkilatının, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və əməkdaşları, şəhid ailələri, qazilər, din xadimləri, ictimaiyyət nümayəndələri abidə önünə gül dəstələri düzərək onların əziz xatirəsini yad ediblər. Sonra Quzanlı qəsəbəsində yerləşən Şəhidlər Xiyabanı ziyarət edilib.

Mərasimdə çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov 27 sentyabr 2020-ci il tarixində Ermənistanın cəbhəboyu genişmiqyaslı təxribatına cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatlarından, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdən bəhs edib.

Anım Günü ilə əlaqədar rayon ərazisindəki müxtəlif qəbiristanlıqlarda dəfn edilmiş şəhidlərin məzarları da ziyarət olunub, şəhidlərin xatirəsinə ehsan süfrəsi açılıb. Anım Günü ilə əlaqədar Soltanpud təpəsi ətrafında ağacəkmə aksiyası keçirilib.

Müxbir - Tahir Ağaməmmədov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Sentyabr 2026 18:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see576

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see417

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see295

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see269

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see262

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see260

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see251

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see250

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see249

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see239

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see229

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see224

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see204

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see197

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see197

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see192

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see179

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see178

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see168

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri