Ankara Bakı və İrəvan arasında sülh səylərini dəstəkləyir
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə olunması istiqamətində səyləri dəstəkləyir.
APA xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.
Onun sözlərinə görə, Cənubi Qafqazdakı proseslər Türkiyənin təhlükəsizlik arxitekturasına birbaşa təsir göstərir.
Hakan Fidan Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında üçtərəfli müdafiə sazişinin İran və ya digər dövlətlərə qarşı yönəlmədiyini də vurğulayıb.
“Ortaq təhdid yoxdur. Sazişi imzalayan ölkələrə təhlükə yaratmadığı müddətdə heç bir dövlət hədəf olmayacaq”, - deyə nazir bildirib.
Fidanın sözlərinə görə, saziş texniki baxımdan NATO-nun 5-ci maddəsinə bənzəyir. O, növbəti mərhələdə Misirin də bu əməkdaşlığa qoşula biləcəyinə əminliyini ifadə edib və Cənubi Qafqaz ölkələri ilə də oxşar razılaşmaların mümkünlüyünü istisna etməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:184
Bu xəbər 09 Avqust 2026 12:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















