Icma.az
close
up
RU
Ankara İrəvan arasında “isti xətt” Sərhədlərin açılması Azərbaycan Ermənistan sülhündən keçir

Ankara İrəvan arasında “isti xətt” Sərhədlərin açılması Azərbaycan Ermənistan sülhündən keçir

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyə-Ermənistan münasibətlərində yeni mərhələyə doğru addımlar atılır. Yayılan məlumatlara görə, 2026-cı ilin yanvar ayında Ermənistanla sərhəddə yerləşən Alican qapısının açılması planlaşdırılır.

Artıq hər iki tərəfdə bu istiqamətdə hazırlıq işləri görülür. Sentyabr ayında iki ölkə nümayəndələrinin Ermənistanda keçirilən görüşündə sərhədlərin açılması və iqtisadi əlaqələrin bərpası kimi məsələlər əsas müzakirə mövzularından biri olub.

Türkiyə və Ermənistan arasında sərhədin açılması Qərb ölkələrinin regiondakı maraqlarına, xüsusilə Rusiya və Qərb arasındakı rəqabətə necə təsir göstərə bilər?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Sultan Zahidov deyib ki, gələcəkdə Türkiyə-Ermənistan sərhədlərinin açılması və iqtisadi əlaqələrin bərpası xüsusilə Ermənistan üçün həyati əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu gün Rusiya ilə məsafə saxlamağa və enerji-iqtisadi asılılığını azaltmağa çalışan Ermənistan üçün Avropa inteqrasiyası yolunda Türkiyə qapısının açılması böyük önəm kəsb edir:

“Bununla belə, bu normallaşma prosesi və sərhədlərin açılması Azərbaycan-Ermənistan münasibətlərindəki proseslə birbaşa bağlıdır. Türkiyə tərəfi dəfələrlə bu mövqeyini açıq şəkildə ifadə edib”.

Müsahibimiz Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın “Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesi, Azərbaycan-Ermənistan danışıqlarında əldə olunacaq irəliləyişdən asılı olacaq” fikrini xatırladıb. Dediyinə görə, yəni, iki ölkə arasındakı sülh prosesi nə qədər inkişaf edərsə, bu, Türkiyə-Ermənistan münasibətlərinə də müsbət təsir göstərəcək.

Politoloq qeyd edib ki, hazırda bölgədə bir sıra konstruktiv addımların atıldığının şahidi oluruq:

“Məsələn, ATƏT-in Minsk qrupu mexanizminin faktiki olaraq ləğv olunması və Zəngəzur dəhlizi ilə bağlı infrastruktur layihələrinin həyata keçirilməsi bu istiqamətdə mühüm addımlardandır. Bununla belə, bölgədə hələ də müəyyən maneələr qalmaqdadır”.

Ermənistanda gələni ilin iyununda parlament seçkilərinin keçiriləcəyini deyən S.Zahidov hesab edir ki, əgər seçkilərdən sonra müxalif qüvvələr hakimiyyətə gələrsə, bu, sülh prosesini ləngidə bilər:

“Çünki həmin qüvvələr sülh danışıqlarına skeptik yanaşır, Azərbaycanla dialoqa qarşı çıxır və hazırkı hökumətin siyasətini mənfi qiymətləndirirlər. Bu səbəbdən Azərbaycan və Türkiyə hələlik gözləmə mövqeyindədirlər”.

Sultan Zahidov: Sərhədlərin açılması Qərb ölkələrinin maraqlarına da uyğundur

Həmsöhbətimiz deyib ki, hazırda bəzi infrastruktur layihələri və yolların inşası aparılsa da, bu, sərhədlərin yaxın zamanda tam açılacağı anlamına gəlmir. Politoloq görə, yekun normallaşma üçün əsas şərtlərdən biri Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasıdır:

“Bunun baş verməsi isə, görünür ki, yalnız Ermənistan Konstitusiyasına dəyişikliklər edildikdən sonra - yəni, 2026-cı ildən etibarən mümkün olacaq".

Onun fikrincə, sərhədlərin açılması Qərb ölkələrinin maraqlarına da uyğundur. ABŞ və Avropa İttifaqı Türkiyə vasitəsilə regiona çıxış imkanlarını genişləndirmək, Rusiyanın təsir imkanlarını azaltmaq istəyir. Bu baxımdan, Türkiyə-Ermənistan münasibətlərinin bərpası həm ABŞ, həm də Avropa üçün strateji əhəmiyyət daşıyır.

"Digər tərəfdən, Rusiyanın bu proseslərdən narazı olduğu müşahidə edilir. Moskva hazırda Ermənistanda müxalif qüvvələri dəstəkləməklə, Paşinyanın növbəti dəfə hakimiyyətə gəlməsinin qarşısını almağa çalışır", - deyə Sultan Zahidov əlavə edib.

Zeynəb Rzayeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 13 Noyabr 2025 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see195

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see165

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see163

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see151

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see150

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see150

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see144

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see139

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see136

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see136

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see135

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see135

Azərbaycan və BƏƏ hərbçilərinin birgə təlimi keçiriləcək

26 Dekabr 2025 19:06see134

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see134

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see133

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see133

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see128

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see127

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri