“Ankara Kiyevdən yekun qərar gözləyir”
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Ankara Kiyevdən Ukrayna üzrə sülh danışıqlarının növbəti raundunun vaxtı ilə bağlı yekun qərar verməsini gözləyir”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə XİN rəhbəri Hakan Fidan Braziliyada keçirilən BRİCS sammitində iştirakdan sonra “TRT Haber” telekanalına açıqlamasında deyib.
Onun sözlərinə görə, Rusiya artıq İstanbulda keçirilməsi planlaşdırılan danışıqların üçüncü raundunda iştirak etməyə hazır olduğunu təsdiqləyib: “İndi biz Ukrayna tərəfdən cavab gözləyirik”.
Fidan qeyd edib ki, Türkiyə də nizamlanma məsələsi ilə bağlı liderlərin görüşünə ev sahibliyi etməyə hazırdır: “Bizim ərazimizdə sammitin təşkili ilə bağlı heç bir problem yoxdur”.
Qeyd edək ki, Rusiya və Ukrayna arasında danışıqların birinci raundu fevralın 28-i, ikincisi isə iyunun 2-si baş tutub. Rəsmi Moskva iyunun 22-dən sonra Kiyevlə danışıqları davam etdirməyə hazır olduğunu açıqlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 08 İyul 2025 11:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















