Icma.az
close
up
RU
Ankarada Azərbaycan irsinin təbliği üçün yeni məkan yaradıldı

Ankarada Azərbaycan irsinin təbliği üçün yeni məkan yaradıldı

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ankara şəhərində, Türkiyə Respublikası Prezident Administrasiyasının Beştəpə Millət Parkı ərazisində yerləşən və yaxın günlərdə açılışı baş tutan Türk Dövlətləri Mədəniyyətlər Parkındakı “Azərbaycan Evi” ziyarətçilər tərəfindən böyük maraqla qarşılanmaqdadır.

Türk dünyasının ortaq mədəni irsinin və dəyərlərinin təbliği məqsədilə yaradılmış Mədəniyyətlər Parkında türk dövlətlərinin hər birini təmsil edən milli çadırlar – Milli Evlər qurulmuş, onların qarşısında isə müvafiq ölkələrin mədəni irsini əks etdirən abidələr ucaldılmışdır.

Park ərazisində “Azərbaycan Evi” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin layihəsi əsasında, Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə inşa edilmişdir.

“Azərbaycan Evi” XII əsrin dahi Azərbaycan memarı Əcəmi Naxçıvaninin zəngin memarlıq irsinə və anadan olmasının 900 illik yubileyinə həsr edilərək, onun memarlıq şah əsərlərindən biri olan Möminə xatun türbəsinin üslubu, naxışları və zərif bəzək elementləri əsasında səkkizguşəli ulduz formasında inşa edilmişdir.

Azərbaycan Evinin daxilində yaradılmış səkkiz məlumat guşəsinin hər biri ölkəmizin zəngin tarixinə, mədəniyyətinə, ədəbiyyatına, xalçaçılıq sənətinə, eləcə də Qobustan, Şuşa və s. mədəni dəyərlərimiz yer almışdır. Elektron ekranlar və xüsusi rəqəmsal proqramlar vasitəsilə Azərbaycanın xəritəsi üzərində tarixi abidələrimiz, habelə milli musiqimiz və mədəni irsimiz haqqında interaktiv təqdimatlar nümayiş etdirilir.

Azərbaycan Evinin diqqətçəkən elementlərindən biri də Azərbaycanın və bütövlükdə Türk dünyasının zəngin musiqi irsini təcəssüm etdirən milli musiqi alətlərindən ibarət instalyasiyadır. Bu kompozisiya ziyarətçilərə ortaq musiqi və mədəni dəyərlərimizi vizual-estetik formada təqdim edərək xüsusi maraq doğurur.

Azərbaycan Evinin qarşısında ucaldılmış “Sonsuzluğun Simfoniyası” adlı monumental kompozisiya da məkanın bədii-estetik bütövlüyünü tamamlayır. Azərbaycanın Əməkdar rəssamı Rəşad Mehdiyevin müəllifi olduğu əsər zəngin mədəni irsimizi, milli kimliyimizi, və tarixi yaddaşımızın əbədiliyini simvolizə edir. Buta, alov, Xəzər dalğaları və DNT-nin qoşa spiralından ilhamlanan formaları özündə birləşdirən kompozisiya keçmişlə gələcək, Şərqlə Qərb arasında mənəvi və mədəni körpü ideyasını ifadə edir.

“Azərbaycan Evi” Ankara sakinlərinin və şəhərin qonaqlarının ölkəmizin tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə yaxından tanış olması üçün mühüm tanıtım məkanına çevrilmişdir.

Qeyd edək ki, Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin həyata keçirdiyi “Həftəsonu – Bazar günü” layihəsi çərçivəsində müxtəlif universitetlərin, tələbə və gənclər təşkilatlarının, eləcə də könüllü qruplarının iştirakı ilə burada mütəmadi olaraq tanıtım proqramları, mədəni tədbirlər, görüşlər və ekskursiyalar təşkil olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 16 Noyabr 2026 18:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see337

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see313

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see310

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see284

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see278

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see276

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see272

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see268

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see257

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see253

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see249

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see249

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see219

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see217

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see210

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see202

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see198

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see198

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see193

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri