Icma.az
close
up
RU
Ankarada çıxan “Yüce Erek” jurnalının yeni nömrəsində Əkbər Qoşalının məqaləsi dərc edilib

Ankarada çıxan “Yüce Erek” jurnalının yeni nömrəsində Əkbər Qoşalının məqaləsi dərc edilib

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 12 mart, AZƏRTAC

Qardaş Türkiyənin paytaxtı Ankarada yayımlanan, Türk dünyası yönümlü fikir və mədəniyyət dərgilərindən olan “Yüce Erek”in yeni nömrəsində şair-publisist Əkbər Qoşalının geniş məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, ortaq türk mədəni irsi, kimlik məsələləri və sivilizasiya perspektivlərinin fəlsəfi-kulturoloji müstəvidə incələndiyi bu yazıda türk xalqları arasında düşüncə və fikir körpülərinin gücləndirilməsi baxımından önəmli yanaşmalar vardır. Məqalədə qədim dönəmlərdən çağdaş zamana qədər türk mədəniyyətinin inkişaf mərhələləri, qarşılaşdığı çağırışlar və qazandığı mənəvi-mədəni təcrübələrə toxunulur.

Ankarada nəşr olunan, Türk dünyasının müxtəlif ölkə və topluluqlarından alim, yazar və araşdırmaçıların yazılarını bir araya gətirən “Yüce Erek” dərgisi son illərdə ortaq türk düşüncə məkanının formalaşmasına töhfə verən platformalardan biri kimi tanınır. Ötən ildən etibarən nəşrini yenidən davam etdirən 26 yaşlı dərginin hər nömrəsində Azərbaycanla bağlı yazılar verilməsi, eləcə də azərbaycanlı yazarın məqaləsinin dərc edilməsi Türkiyə-Azərbaycan ədəbi və intellektual əməkdaşlığının daha bir təzahürü kimi qiymətləndirilə bilər.

Jurnalın yeni nömrəsində dərc olunan “Türk kültürünün kadim seyri: Zamanda kimlik, kimlikte zaman” (“Türk mədəniyyətinin qədim inkişaf yolu: Zamanda kimlik, kimlikdə zaman”) sərlövhəli yazı da bu baxımdan diqqət çəkir.

Əkbər Qoşalı uzun illərdir Türk dünyasının mədəni və ədəbi bağlarının inkişafı yönündə aktiv fəaliyyəti ilə tanınır. Onun publisistik və kulturoloji məqalələri müxtəlif ölkələrdə nəşr olunan dərgi və toplularda yayınlanır və əsasən türk xalqlarının ortaq kimlik, mədəni yaddaşı məsələlərinə həsr olunur.

Bu cür nəşrlərdə davamlı çıxışlar Azərbaycan düşüncə məktəbinin beynəlxalq intellektual mühitdə tanıdılması baxımından önəmli olub, Türk dünyasının ortaq mədəni platformunun güclənməsinə xidmət edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:198
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Mart 2026 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see308

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see308

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see289

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see269

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see263

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see260

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see247

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see233

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see226

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see223

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see222

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see220

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see218

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see215

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see214

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see201

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see199

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see196

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see192

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri