Icma.az
close
up
RU
Ankarada “Eyni Hilal altında: İki dövlətin şəhidlərinə Vəfa” adlı tədbir keçirilib

Ankarada “Eyni Hilal altında: İki dövlətin şəhidlərinə Vəfa” adlı tədbir keçirilib

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyi nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi və Ankara Universitetinin Dil və Tarix-Coğrafiya Fakültəsinin Müasir Türk Ləhcələri və Ədəbiyyatları bölməsinin birgə əməkdaşlığı ilə “Eyni Hilal altında: İki dövlətin şəhidlərinə vəfa” adlı tədbir keçirilib.

525.az xəbər verir ki, səfirliyin və Ankara Universitetinin dəstəyi ilə keçirilən anım tədbirində 44 günlük Vətən müharibəsi, zəfərimizə həsr olunmuş foto sərgi təqdim olunub. Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Türkiyə və Azərbaycanın Dövlət himnlərinin səsləndirilib.

Tədbirin açılışında Ankara Universitetinin DTCF Müasir Türk Ləhcələri və Ədəbiyyatları bölməsinin rəhbəri professor F.Sema Barutcu Özönder, DTCF-nin dekanı professor İrfan Albayrak, Ankara Universitetinin prorektoru professor Orhan Uzun və Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Aslanov çıxış ediblər.

Onlar 27 sentyabr şəhidlərin anım günü, 44 günlük Vətən müharibəsi, Azərbaycanın qazandığı şanlı zəfər və zəfərin əldə olunmasında şəhidlərimizin qəhrəmanlıqları, şücaətləri haqqında fikirlərini bölüşüblər. 

Tədbirdə Azərbaycanın Milli qəhrəmanı Natiq Qasımovun xatirəsinə həsr olunmuş “Düşmənə qarşı tək” adlı sənədli film nümayiş etdirilib.

Filmin nümayişindən sonra SOY Production-un rəhbəri Dr. Dilarə Əliyeva və filmin prodüseri, rejisor Fariz Əliyev sənədli filmin hazırlanma prosesi və məzmunu barədə məlumat verib, Azərbaycanın Milli qəhrəmanı Natiq Qasımovun həyatı və qəhrəmanlığı haqqında fikirlərini bölüşüblər.

Tədbirin davamında Azərbaycan yazıçısı, tarix üzrə fəlsəfə doktoru İradə Əlilinin “Vətənin Cəsur Döyüşçüləri I-II” və “Çubuk Kahramanları, Kahraman Şehit Oğuz Özgür Çevik” adlı kitablarının təqdimatı keçirilib.

Daha sonra “Eyni Hilal Altında: İki dövlətin şəhidlərinə vəfa” mövzusunda panel təşkil olunub. Professor Üçler Buldukun moderatorluğu ilə keçirilən paneldə professor Üçler Bulduk “Türklərdə şəhadət anlayışı”, professor Birsen Karaca “Təkəbbürlü tarix anlayışının süqutu: Qarabağ Zəfəri və Ermənistanın öz həqiqətləri ilə üzləşməsi”, Dr. Mehmet Rıza Heyet isə “Dündən bu günə türk yaddaşında Qarabağ” mövzularında məruzələrlə çıxış ediblər.

Türkiyə və Azərbaycanın şəhidlərinin əziz xatirəsinin yad edildiyi tədbirdə iki qardaş ölkənin ortaq tarixi yaddaşının, həmrəyliyinin və qardaşlıq bağlarının gələcək nəsillərə ötürülməsinin əhəmiyyəti bir daha vurğulanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://525.az
archiveBu xəbər 01 Oktyabr 2026 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see386

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see339

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see327

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see325

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see307

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see301

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see297

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see254

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see241

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see237

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see234

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see228

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see227

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see222

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see215

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see207

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see202

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see197

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see193

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri