Icma.az
close
up
RU
Ankarada gərginlik Ərdoğanla Bağçalının arası dəyib

Ankarada gərginlik Ərdoğanla Bağçalının arası dəyib

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla onun müttəfiqi Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı arasında son günlər gərginlik yaşanır. Gərginliyin başlanğıc nöqtəsi Şimali Kiprdə (ŞKTR) keçirilən prezident seçkilərinin nəticələrinin açıqlanması olub.

Seçkilərdə federasiya tərəfdarı olan Tufan Erhürmanın qalib gəlməsinə Ərdoğan təmkinlə münasibət bildirsə də, Bağçalının reaksiyası daha sərt olub.

Ərdoğan dərhal Şimali Kiprin yeni prezidentini təbrik edib və əməkdaşlığa açıq olduğu barədə mesaj göndərib. Bağçalı isə əksinə, seçkiləri “federasiya tərəfdarlarının qələbəsi” adlandırıb və ŞKTR parlamentini adanın Türkiyəyə birləşdirilməsi ilə bağlı qərar verməyə çağırıb.

Oktyabrın 29-da Respublika Günü münasibətilə keçirilən rəsmi mərasimlərdə Bağçalının həm Anıtkabirdəki ziyarətə, həm də Ərdoğanın rəsmi qəbuluna qatılmaması siyasi dairələrdə böyük rezonans doğurub.

Əvvəlcə onun səhhəti ilə bağlı fərziyyələr səslənsə də, MHP-yə yaxın mənbələr bu qərarın siyasi motivli olduğunu bildiriblər. Partiyaya yaxın “Türkgün” qəzetinin baş redaktoru Məhəmməd Müftüoğlu Bağçalı ilə çəkilmiş fotosunu paylaşaraq yazıb ki, MHP liderini anlamaq üçün onun mesajlarını oxumağı bacarmaq lazımdır. Bu paylaşım, çoxlarının fikrincə, AKP-yə yönəlik bir xəbərdarlıq olub.

Siyasi müşahidəçilər hesab edirlər ki, problem yalnız Kipr məsələsi ilə məhdudlaşmır.
2022-ci ildə “Ülkü Ocaqları”nın keçmiş rəhbəri Sinan Ateşin qətli və bu işlə bağlı MHP üzvlərinin həbsi AKP-MHP münasibətlərində ilk çatları yaradıb. Ərdoğanın mərhumun həyat yoldaşı Ayşə Ateşi qəbul etməsi Bahçəli tərəfinin ciddi narazılığına səbəb olmuşdu.

Bundan başqa, bu il keçirilən bəzi kadr dəyişiklikləri, xüsusilə MHP-yə yaxın adların vacib vəzifələrdən uzaqlaşdırılması da milliyyətçilər arasında narazılıq doğurub.

Bağçalı sentyabrda “Türkiyə–Rusiya–Çin ittifaqı” ideyasını irəli sürməsi, bu bəyanatın Ərdoğanın Nyu-Yorka, BMT Baş Assambleyasına səfəri ərəfəsində səslənməsi də diqqətdən qaçmayıb. Analitiklər bunu iki tərəf arasında xarici siyasətdə baxış fərqi kimi dəyərləndiriblər. Ərdoğan Qərblə münasibətləri taraz saxlamağa çalışır, Bahçəli isə daha “Avrasiya yönlü” xətti müdafiə edir.

Eyni zamanda, Bağçalının “Türkiyədə iki vitse-prezident - biri kürd, biri ələvi olmalıdır” təklifi də iqtidar düşərgəsində sərt reaksiya doğurub. Hakim partiyanın deputat Şamil Tayyar bu ideyanı “Livan modelinə aparan təhlükəli təklif” adlandırıb.

Modern.az-ın məlumatına görə, Bağçalı bu günkü qrup toplantısında iddialara cavab verib.

Bağçalı çıxışında “Cümhur İttifaqı bayraqdır, vətəndir, millətdir” sözləri ilə birlikdə AK Partiya ilə əməkdaşlığın davam etdiyini bildirib: “Biz Milliyyətçi Hərəkat Partiyası və Cümhur İttifaqıyıq. Bu yol davam edəcək”.

Bağçalı Respublika Günü mərasimlərinə qatılmaması ilə bağlı müzakirələrə də toxunub. O, bunun şəxsi səbəblərlə bağlı olduğunu və hərəkətinin “protest kimi başa düşülməsini” istəmədiyini deyib.

Jurnalistlər MHP liderindən Avropa İnsan Hüquqları Məhkəməsinin Selahəttin Demirtaş barədə qərarını xatırladanda, Bağçalı belə cavab verib: “Hüquqi yollar nəticəsini verib. Onun azadlığa çıxması Türkiyə üçün xeyirli olacaq”.

Bağçalının çıxışı “ittifaq sarsılmaz” mesajı kimi qiymətləndirilsə də, müşahidəçilərə görə, AK Partiya və MHP arasında son dövrlər müəyyən fikir ayrılıqları qalmaqdadır.

Buna baxmayaraq, Bağçalının son çıxışı siyasi temperaturu bir qədər endirib. Lakin onun Demirtaşla bağlı “yumşaq tonu” növbəti günlərdə Türkiyə siyasətinin əsas müzakirə mövzularından biri olacaq.

Elnur Əmirov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Noyabr 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see339

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see338

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see332

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see302

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see293

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see292

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see266

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see265

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see254

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see248

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see235

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see233

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see232

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see227

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see226

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see222

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see219

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see216

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see204

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri