Icma.az
close
up
RU
Ankarada iki fərqli səs: Biri Bakını tənqid edir, digəri qardaşlığı qoruyur

Ankarada iki fərqli səs: Biri Bakını tənqid edir, digəri qardaşlığı qoruyur

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanovun Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı ilə görüşü iki ölkə arasında son həftələr yaşanan siyasi həssaslıq fonunda xüsusi diqqət çəkir.

Oktyabrın 23-də baş tutan görüş barədə MHP-nin rəsmi sosial şəbəkə hesabında məlumat verilib.

Görüşün məzmununa dair ətraflı açıqlama yayılmasa da, onun zamanlaması siyasi baxımdan maraqlı müzakirələrə yol açır.

Son həftələr Türkiyənin bəzi siyasi dairələrindən Azərbaycanın dünyəvi dövlətçilik prinsiplərinə və təhsil siyasətinə yönələn tənqidlər iki qardaş ölkənin ictimai-siyasi münasibətlərində narahatlıq yaradıb. Xüsusilə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) bəzi təmsilçilərinin açıqlamaları Bakıda daxili işlərə müdaxilə kimi qiymətləndirilib.

Ancaq bu proses Türkiyənin siyasi qüvvələrinin Azərbaycan məsələsində eyni mövqedən çıxış etmədiyini də göstərib.

Məhz burada MHP-nin və onun lideri Dövlət Bağçalının mövqeyi diqqət çəkir.

Bağçalı son açıqlamalarında türk dövlətlərinin suverenliyinə, müstəqilliyinə və daxili hüququna hörmət prinsipini xüsusi vurğulayıb. O, Azərbaycan başda olmaqla, türk respublikaları arasındakı qardaşlıq münasibətlərinin qorunmasının vacibliyini bildirib. Bu yanaşma Türkiyənin bəzi siyasi dairələrindən səslənən tənqidlərdən fərqli siyasi xətt kimi görünür.

Burada mühüm siyasi məqam var: Azərbaycanla Türkiyənin qardaşlığı yalnız hökumətlərarası münasibətlərdən ibarət deyil.

Türkiyədə millətçi siyasi ənənənin Azərbaycanla münasibətlərə baxışında ortaq dil, tarix, milli kimlik və türk dünyasının gələcəyi xüsusi yer tutur. Bu yanaşmada Azərbaycanın müstəqil dövlət kimi öz siyasi və ictimai modelini müəyyənləşdirmək hüququ mühüm prinsipdir.

AKP-nin bəzi nümayəndələrinin Azərbaycanla bağlı açıqlamalarında dini və ideoloji həssaslıqlar ön plana çıxdığı halda, Bağçalının son bəyanatlarında dövlət suverenliyi və türk dünyasının strateji birliyi əsas yer tutur.

Əlbəttə, bu fərqlilik AKP-nin bütövlükdə Azərbaycana qarşı mövqe tutması anlamına gəlmir. Türkiyənin xarici işlər naziri Hakan Fidan da son açıqlamalarında iki ölkə arasındakı strateji əlaqələrin qorunmasının vacibliyini vurğulayıb.

Bununla belə, siyasi partiyaların yanaşmalarındakı fərqlər göz qabağındadır.

Azərbaycanın Türkiyədəki səfirinin məhz belə bir dövrdə Dövlət Bağçalı ilə görüşməsi diplomatik baxımdan əhəmiyyətli hadisədir. Bu təmas Bakının Türkiyədəki siyasi dialoqunun yalnız hakimiyyətin icra strukturları ilə məhdudlaşmadığını, ölkənin nüfuzlu siyasi qüvvələri ilə də münasibətlərin davam etdirildiyini göstərir.

Üstəlik, MHP sıradan müxalifət partiyası deyil. O, Türkiyədə hakimiyyətin siyasi müttəfiqidir və Dövlət Bağçalının mövqeyi ölkənin siyasi gündəmində xüsusi çəkiyə malikdir.

Bu səbəbdən onun Azərbaycanın suverenliyinə hörmət çağırışları təkcə iki xalq arasındakı mənəvi bağlılığın ifadəsi deyil, həm də Türkiyənin siyasi mühitində səslənən mühüm mesaj kimi dəyərləndirilə bilər.

Azərbaycan üçün əsas məsələ Türkiyədə hansı partiyanın hakimiyyətdə olması deyil, qardaş ölkənin siyasi qüvvələrinin Azərbaycanın müstəqilliyinə, suverenliyinə və dövlətçilik prinsiplərinə münasibətidir.

İki dövlət arasında fikir ayrılıqları yarana bilər. Lakin qardaşlıq münasibətləri tərəflərdən birinin digərinə öz daxili siyasi və ideoloji yanaşmasını qəbul etdirməsi üzərində qurula bilməz.

Azərbaycanın öz dünyəvi dövlətçilik modelini qoruması Türkiyə ilə qardaşlığa zidd deyil. Eyni şəkildə, Türkiyənin öz daxili siyasi və dini dəyərlərinə sahib çıxması da Azərbaycan üçün mübahisə predmeti olmamalıdır.

Əsl strateji müttəfiqlik məhz bu fərqliliklərə qarşılıqlı hörmət göstərməyi tələb edir.

Ankara ilə Bakı arasında zaman-zaman əsən soyuq küləklər bir həqiqəti dəyişmir: Azərbaycan–Türkiyə münasibətlərinin dayaqları ayrı-ayrı siyasi partiyalardan daha genişdir.

Bu münasibətlərin gələcəyi isə yalnız qardaşlıq şüarlarından deyil, qarşılıqlı hörmətdən, dövlət suverenliyinin tanınmasından və siyasi fikir ayrılıqlarının dialoq yolu ilə həllindən asılıdır.

Dövlət Bağçalının son mövqeyi və Azərbaycan səfiri ilə görüşü də məhz bu prinsiplər ətrafında qiymətləndirilməlidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://lent.az
archiveBu xəbər 23 Oktyabr 2026 21:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see292

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see284

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see283

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see268

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see265

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see260

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see259

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see239

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see230

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see221

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see212

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see209

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see209

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see208

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see208

Kayli Cennerin keçmiş işçisi məhkəməyə müraciət etdi Ağır ittihamlar

14 Noyabr 2026 23:23see206

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see203

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see198

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see194

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri