Icma.az
close
up
RU
Ankarada “Mədəni yaddaşımızda Qərbi Azərbaycan” sərgisinin açılışı olub

Ankarada “Mədəni yaddaşımızda Qərbi Azərbaycan” sərgisinin açılışı olub

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ankara, 31 may, AZƏRTAC

Mayın 30-da Ankara Rəsm və Heykəllər Muzeyində Mirzə Qədim İrəvaniyə dair “Mədəni yaddaşımızda Qərbi Azərbaycan” sərgisinin açılışı və “Cənnət yuxusu” filminin nümayişi olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan dəzgah boyakarlığının banisi, görkəmli rəssam Mirzə Qədim İrəvaninin anadan olmasının 200 ili münasibəti ilə təşkil olunan tədbir Azərbaycan Mədəniyyət Nazirliyi, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi və Türkiyədəki səfirliyimiz nəznindəki Azərbaycan Mədəniyyət Mərkəzinin birgə səyləri ilə baş tutub.

Tədbir iştirakçılarını salamlayan Azərbaycan Mədəniyyət nazirinin müavini Səadət Yusifova bildirib ki, İrəvan xanlığı hər zaman zəngin mədəniyyəti, yüksək dövlətçilik və maarifçilik ənənələri, milli-mənəvi dəyərlərin qorunub saxlanılması ilə seçilib. “Burada doğulmuş, fəaliyyət göstərmiş sənətkarlar, alimlər, şairlər nəinki öz dövrü, həm də onlardan sonra gələn nəsillər üçün zəngin irs qoyub gedib”, - deyə nazir müavini vurğulayıb.

Onun sözlərinə görə, Qərbi Azərbaycanda formalaşmış Azərbaycan mədəni mühitinin ən parlaq nümayəndələrindən biri olan XIX əsrdə İrəvanda yaşamış görkəmli rəssam, portretçi, ornamentçi Mirzə Qədim İrəvani müasir Azərbaycan panel rəssamlığının əsasını qoyaraq Şərq və Qərb rəssamlığını sintez edib, yaradıcılığı Azərbaycanın yeni dövr təsviri sənətində vacib dəyişikliklərlə yadda qalıb.

“Təəssüf ki, XX əsrin əvvəllərindən başlayaraq azərbaycanlıların bu torpaqlardan kütləvi deportasiyası nəticəsində Qərbi Azərbaycanın çoxəsrlik tarixi-mədəni irsi ciddi təhdid altına düşüb, bir çox tarixi-mədəni abidələr, sənət əsərləri məhv edilib, ya da saxtalaşdırılaraq erməniləşdirilib”, - deyə S.Yusifova bildirib.

O, qeyd edib ki, taleyin bu ağır sınaqlarına baxmayaraq Mirzə Qədim İrəvaninin yaradıcılığı Azərbaycan mədəniyyətində dərin iz qoyub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci ildə Mirzə Qədim İrəvaninin anadan olmasının 200 illiyinin qeyd edilməsi ilə bağlı Sərəncam imzaladığını xatırladan nazir müavini tədbir çərçivəsində nümayiş olunan “Cənnət yuxusu” filmindən də danışıb.

Daha sonra çıxış edən Türkiyənin Mədəniyyət və Turizm nazirinin müavini Serdar Çam bildirib ki, bu kimi sərgilər ümumi yaddaşın yaşadılması baxımından xüsusi əhəmiyyət kəsb edir.

“Xalqlarımızın kökləri nə qədər məhv edilməyə çalışılsa da sağlamdır. Bugünkü sərgi bunun ən gözəl sübutudur. Bütün çətinliklərə baxmayaraq biz yenə də ayağa qalxırıq, ilahi ədalət öz yerini tapır” - deyə, S.Çam vurğulayıb.

İki qardaş ölkənin rəsmiləri sərginin açılış rəmzi olan lenti kəsiblər. Tədbir iştirakçıları sərgi ekspozisiyası ilə tanış olub.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə istehsal edilən Mirzə Qədim İrəvaninin sənət irsinə həsr olunmuş “Cənnət yuxusu” bədii-sənədli film sənətsevərlərinin böyük marağına səbəb olub.

Qeyd olunub ki, bu film vasitəsilə yalnız Mirzə Qədim İrəvaninin bənzərsiz yaradıcılığı deyil, həmçinin tarixi Azərbaycan torpaqlarında yaradılmış indiki Ermənistandan deportasiya edilmiş azərbaycanlıların və onların yaratdığı irsin faciəli taleyi təqdim edilib.

“Mədəni yaddaşımızda Qərbi Azərbaycan” sərgisi Türkiyə paytaxtında iyulun 18-ə qədər davam edəcək.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 May 2025 07:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see162

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see157

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see152

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see148

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see136

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri