Icma.az
close
up
RU
Ankara Rəsm və Heykəl Muzeyində “Mədəni yaddaşımızda Qərbi Azərbaycan” sərgisinin açılışı olub

Ankara Rəsm və Heykəl Muzeyində “Mədəni yaddaşımızda Qərbi Azərbaycan” sərgisinin açılışı olub

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Mayın 30-da Ankara Rəsm və Heykəl Muzeyində Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasına aid əsərlərdən ibarət “Mədəni yaddaşımızda Qərbi Azərbaycan” sərgisinin açılışı olub. Görkəmli rəssam, milli təsviri sənətdə realist rəngkarlığın banisi Mirzə Qədim İrəvaninin (1825-1875) 200 illik yubileyinə həsr olunmuş sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Ankaradakı Azərbaycan Mədəniyyət Mərkəzi, Azərbaycan Milli İncəsənət Muzeyi və Ankara Rəsm və Heykəl Muzeyinin birgə təşkilatçılığı ilə keçirilir. Sərginin açılış mərasiminə Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Səadət Yusifovanın rəhbərliyi ilə nümayəndə heyəti, Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, TÜRKSOY-un təmsilçiləri qatılılıblar.

Bizimyol.info muzeyə istinadən xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Səadət Yusifova, Türkiyə Respublikası mədəniyyət və turizm nazirinin müavini Serdar Çam çıxış ediblər. Onlar Mirzə Qədim İrəvaninin Azərbaycan təsviri sənətinin inkişafındakı mühüm rolundan danışaraq, tarixi yaddaşın, mədəni dəyərlərin təbliği baxımından belə sərgilərin davamlı olmasının vacibliyi vurğulayıblar. Daha sonra açılış lenti kəsilib və sərgi ziyarətçilərə təqdim olunub. AMİM-nin direktoru Şirin Məlikova sərgi haqqında qonaqlara geniş məlumat verib.

Qeyd edək ki, sərgidə Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından 40-dək unikal sənət əsəri nümayiş olunur. Ekspozisiyada İrəvanda yaşayıb-yaratmış  Mirzə Qədim İrəvaninin qrafik portretləri, vaxtilə İrəvan Sərdar sarayını bəzəmiş divar pannolarının surətləri nümayiş etdirilir. Konsepsiyaya uyğun olaraq sarayın füsunkar interyeri də süni intellekt vasitəsilə canlandırılıb.

Bununla yanaşı sərgidə rəssamlar İ.Zankovski və N.Qruşevin İrəvanın təsvir olunduğu əsərləri, görkəmli rəssam Bəhruz Kəngərlinin “Qaçqınlar” silsiləsi, Xalq rəssamı Hüseyn Əliyevin portretləri, eləcə də İrəvanın kübar saray mühitini əks etdirən dekorativ-tətbiqi sənət nümunələri yer alır.

Açılış mərasimində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin sifarişi ilə“Yaradıcı Azərbaycan” layihəsi çərçivəsində Mirzə Qədim İrəvaninin 200 illik yubileyi münasibətilə çəkilmiş “Cənnət yuxusu” bədii-sənədli filmi nümayiş olunub.

Qeyd edək ki, bu sərgi ilə ilk dəfə Türkiyədə Mirzə Qədim İrəvani irsi, Qərbi Azərbaycan təsviri və dekorativ-tətbiqi sənəti geniş formatda təqdim edilir.

Sərgi 18 iyul 2025-ci il tarixinədək ziyarətçilər üçün açıq olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 31 May 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri