Icma.az
close
up
RU
Varşavada “Mədəni yaddaşımızda Qərbi Azərbaycan” adlı sərgi açılıb

Varşavada “Mədəni yaddaşımızda Qərbi Azərbaycan” adlı sərgi açılıb

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Vyana, 8 aprel, AZƏRTAC

Varşava şəhərinin mərkəzi küçəsində yerləşən Tvardovski meydanında Azərbaycanın Polşadakı səfirliyinin təşkilatçılığı və Qərbi Azərbaycan İcması və Azərbaycan Respublikası Beynəlxalq İnkişafa Yardım Agentliyinin dəstəyi ilə “Mədəni yaddaşımızda Qərbi Azərbaycan” adlı fotosərginin açılışı olub.

AZƏRTAC xəbər verir ki, sərgidə Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova çıxış edərək İrəvan xanlığının təkcə Azərbaycanın deyil, bütün Cənubi Qafqazın tarixində mühüm rol oynadığını bildirib. İrəvan xanlığının tarixinin Azərbaycan xalqının zəngin maddi və qeyri-maddi mədəniyyət tarixinin tərkib hissəsi olduğunu vurğulayıb. N.Qurbanova İrəvan şəhəri və onun ətrafında hidronim və oykonimlərin mütləq əksəriyyətinin Azərbaycan dilində olmasının bu ərazinin azərbaycanlıların qədim yaşayış məskənlərindən olduğunu sübut etdiyini diqqətə çatdırıb və XIX əsrin sonu XX əsrin əvvəllərində İrəvanda Şəriət, Karvansara, Qala, Sultan, Çölməkçi, Naxçıvan, Bazar, Daşlı, Paşa Xan və s. kimi çoxlu sayda Azərbaycan adına küçələrin mövcud olduğunu bildirib.

O, avropalı səyyah və səlnaməçilərin, o cümlədən JanBatist Tavernye, Jan Şarden, Dübua de Monper, Avqust fon Haksthauzen və digərlərinin əsərlərində İrəvan şəhərinin səciyyəvi müsəlman şəhəri kimi təsvir olunduğunu qeyd edib.

Səfir XX əsrin əvvəllərinədək İrəvan qalası, onun daxilində yerləşən Xan Sarayı (Sərdar Sarayı) və Abbas Mirzə məscidinin şəhərin tarixi-memarlıq inciləri hesab olunduğunu diqqətə çatdırıb və Xan Sarayını tikdirən İrəvan sərdarları barədə məlumat verib.

Diplomat indiki Ermənistan ərazisində mövcud olmuş 3500 tarixi və mədəni abidə, 500 qəbiristanlıq və 391 məscidin Qərbi Azərbaycanın tarixi irsinin tərkib hissəsi olduğunu vurğulayıb və 1905-1906, 1918-1920, 1948-1953 və 1987-88-ci illərdə azərbaycanlılara qarşı həyata keçirilən deportasiya və qırğınların nəinki azərbaycanlıların indiki Ermənistandan kütləvi surətdə köçürülməsi ilə nəticələndiyi, həm də minlərlə tarixi abidə, məscidin yerlə-yeksan edildiyini təəssüflə diqqətə çatdırıb.

Nərgiz Qurbanova 1980-ci illərin sonlarınadək müasir Ermənistan ərazisində azərbaycanlıların ictimai həyatın bütün sahələrində əhəmiyyətli rol oynadığını qeyd edərək “Sovet Ermənistanı” qəzetinin İrəvanda Azərbaycan mətbuat tarixində silinməz izlər buraxdığını, İrəvan Dövlət Azərbaycan Dram Teatrının Azərbaycan milli səhnə sənətində xüsusi yer tutduğunu, İrəvan Azərbaycan Kənd Təsərrüfat Texnikumu, İrəvan Azərbaycan Pedaqoji Texnikumu, İrəvan Azərbaycan Qızlar Məktəbinin Azərbaycan və Ermənistan elminə və təhsilinə görkəmli adlar bəxş etdiyini qeyd edib.

Sonda səfir qeyd edib ki, abidələri məhv etmək asan olsa da, tarixi ümumi yaddaşımızdan silmək mümkün deyil və öz soyunu Qərbi Azərbaycandan götürən azərbaycanlı gənclərin sərginin açılışında iştirakı bir daha sübut edir ki, gec-tez həqiqət üzə çıxır.

Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədr müavini, Milli Məclisin deputatı Qaya Məmmədov mədəni irsin ümumbəşəri dəyər olduğunu qeyd edərək, indiki Ermənistan ərazisindəki Azərbaycan mədəni irsinin məhv edilməsinə dünya ictimaiyyətinin biganə qalmamalı olduğunu vurğulayıb. Qərbi Azərbaycan İcmasının qayıdışa sülh yolu ilə nail olmağa çalışdığını bildirən Q.Məmmədov dünya dövlətlərini bölgədə sülh, barışıq və ədalətə xidmət edən bu haqq işinə, eləcə də Qərbi Azərbaycan mədəni irsinin bərpası və qorunmasına dəstək verməyə çağırıb.

Qeyd edək ki, aprelin 28-dək davam edəcək sərgidə Qərbi Azərbaycanın zəngin irsini əks etdirən şəkillər, eksponatlar, kulinariya nümunələri əks olunub. İrəvan xanlığının bayrağı, Qərbi Azərbaycanlıların deportasiyası, dağıdılmış məscidlərimiz, abidələrimiz, qəbiristanlıqlarımız, Qərbi Azərbaycanın görkəmli şəxsiyyətlərinin fotolarının əks olunduğu sərgi iştirakçılar tərəfindən maraqla qarşılanıb, soydaşlarımızın başlarına gətirilən müsibətlər barədə onlara ətraflı məlumat verilib.

Sonda sərginin ərsəyə gəlməsində göstərdikləri dəstəyə görə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix və Etnologiya İnstitutu, Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Milli Xalça Muzeyi, Azərbaycan Milli Kulinariya Assosiasiyası və Qafqaz Tarixi Mərkəzinə təşəkkür ifadə olunub.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:185
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Aprel 2025 18:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see285

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see271

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see263

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see255

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see254

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see250

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see245

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see245

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see234

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see226

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see222

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see220

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see214

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see209

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see206

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see204

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see203

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see183

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see183

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri