Ankarada NATO Zirvəsinin ikinci günü başladı Tramp oteli tərk etdi
Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ankarada keçirilən 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvəsi işini davam etdirir.
Redaktor.az xəbər verir ki, zirvənin ikinci günündə liderlər alyansın gələcək strategiyaları və qlobal təhlükəsizlik məsələləri ilə bağlı müzakirələr aparırlar.
Məlumata görə, zirvənin ilk günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan tərəfindən Prezident Külliyəsində qarşılanan dövlət və hökumət başçıları ikinci günün proqramı çərçivəsində yenidən Beştepədə bir araya gəliblər.
Liderlər strateji qərarların müzakirə olunacağı əsas iclas üçün Prezident Sərgi Salonunda toplaşıblar.
Zirvənin ikinci günündə ən çox diqqət çəkən məqamlardan biri Şimali Atlantika Şurasının iclası ərəfəsində yaşanıb. ABŞ Prezidenti Donald Tramp toplantıda iştirak etmək üçün qaldığı oteldən ayrılaraq iclasın keçiriləcəyi məkana yollanıb.
İclas zamanı NATO-nun gələcək fəaliyyəti, müdafiə məsələləri və beynəlxalq təhlükəsizlik gündəliyi ilə bağlı mühüm qərarların qəbul ediləcəyi gözlənilir.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 08 İyul 2026 13:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















