Icma.az
close
up
RU
Ankaradan Bakıya xoşagəlməz sürpriz: Bayraq, qırmızı boya və 12 böhranı...

Ankaradan Bakıya xoşagəlməz sürpriz: Bayraq, qırmızı boya və 12 böhranı...

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyə ictimaiyyətinin mühafizəkar və millətçi təbəqələrində İsrailə sərt münasibət mövcuddur və bu qruplar Fələstin məsələsinə dini, siyasi motivli emosional yanaşma sərgiləyir. Bu vəziyyətdən sui-istifadə edən bəzi qruplar və siyasi aktorlar Azərbaycan-İsrail əməkdaşlığını qərəzli şəkildə sərt tənqid edir və sosial şəbəkələrdə bu məsələni manipulyasiya edirlər.

Ümumiyyətlə, 7 oktyabr 2023-cü il HƏMAS-ın İsrailə böyük hücumu İsrail-Fələstin münaqişəsini yenidən alovlandırdı. Rəsmi Təl-Əviv bu hücumu dəf etdikdən sonra dərhal Qəzzada hərbi əməliyyatlara başladı. Bu isə yeni normallaşmaqda olan Türkiyə-İsrail münasibətlərini yenidən gərginləşdirdi. Türkiyə ictimaiyyətində və bəzi siyasi dairələrdə Fələstinə, Qəzzaya dəstək və anti-İsrail ritorikası artmağa başladı. Qısa zamanda vəziyyət həm də Azərbaycan-Türkiyə münasibətlərinə təsir edəcək səviyyəyə çatdı.

Bu səpkidə ilk ciddi insident 2024-cü ildə SOCAR-ın Türkiyənin İstanbuldakı ofisi qarşısında “Fələstin üçün min gənc” adlı qrupun aksiya keçirməsi oldu. Neft şirkəti ofisinin Üçrəngli Bayrağımızın rəngləri olan divarlarına qırmızı boya atan aksiya iştirakçıları ofisin giriş qapılarını sındırmağa çalışdılar. Aksiyalar şəraitində səslənən “İsrail mallarını boykot” və “soyqırımçı İsrailə neft verən SOCAR” kimi şüarlar isə bir daha göstərdi ki, aksiyaların təşkilində və təşviqində bəzi siyasi qüvvələrin, eləcə də ictimaiyyətin müəyyən hissəsinin rolu var.

Təəssüf ki, bu gün Türkiyədə Azərbaycanın İsraillə əlaqələri qəsdən mənfi prizmadan göstərilir, real faktlar təhrif edilir. Azərbaycan-İsrail münasibətləri çoxşaxəli, strateji və uzunmüddətli əməkdaşlıq üzərində qurulub. Müdafiə, enerji, texnologiya və təhlükəsizlik sahələrində bu əlaqələr Azərbaycanın milli maraqları üçün əhəmiyyətlidir. Məsələn, 44 günlük Vətən müharibəsində İsrailin pilotsuz uçuş aparatları (PUA) və kəşfiyyat texnologiyaları Azərbaycanın hərbi üstünlüyünü təmin etdi. Bununla yanaşı, hərbi təhsil və texnologiya transferi kimi sahələrdə əməkdaşlıq davam edir və genişlənir. Lakin bu o demək deyil ki, rəsmi Bakı Təl-Əvivin dəstəyinə cavab olaraq İsrailə neft-qaz satır.

Azərbaycanın İsraillə enerji siyasəti də Türkiyədə çox yanlış anlaşılır. Xüsusilə qeyd edim ki, dünyada neft ticarəti traderlər vasitəsilə həyata keçirilir və şirkətlər satdıqları məhsulun son alıcısını hər zaman nəzarətdə saxlaya bilmirlər. Lakin bununla belə Azərbaycan İsrailə enerji nəqlini havadan etmir. Belə ki, Azərbaycanın enerji siyasəti İsrail və Türkiyə ilə əlaqələri kompleks və çoxşaxəlidir. Enerji nəqliyyatında Türkiyənin Ceyhan limanının rolu kritikdir və Azərbaycanın enerji resurslarının dünya bazarlarına çıxarılmasında əvəzsizdir. İsraillə hərbi və texnoloji əməkdaşlıq, enerji sahəsindəki strateji tərəfdaşlıq Azərbaycanı regionda güclü oyunçu edir. Türkiyə isə bu əlaqələrin tranzit və siyasi müstəvisində mərkəzi rol oynayır.

Azərbaycanın İsrailə enerji nəqlinin Fələstinlə müharibəyə heç bir əlaqəsi yoxdur. Əksinə, Azərbaycan İsrail-Fələstin münaqişəsində rəsmi olaraq neytral mövqe tutur, həmişə beynəlxalq hüququn prinsiplərinə, BMT qətnamələrinə və ikidövlətli həll prinsipinə sadiq qalıb. Məsələn, Azərbaycan Fələstinin BMT-də müşahidəçi dövlət statusu qazanmasına dəstək verib, həmçinin İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatında Fələstin məsələsi ilə bağlı qəbul edilən qərarların lehinə səs verib. Azərbaycan rəsmi şəkildə Fələstin dövlətini tanıyır və münasibətlərində balanslı mövqe nümayiş etdirməyə çalışır.

Buna görə də Azərbaycanın İsraillə strateji əməkdaşlığını avtomatik olaraq Fələstinə qarşı mövqe kimi təqdim etmək doğru deyil. Bu, həm regional təhlükəsizlik, həm də iqtisadi maraqların məntiqi nəticəsidir.

Bununla belə, emosional gərginliyin fonunda, məsələn, Ömər Faruk Gergerlioğlu kimi Türkiyənin bəzi siyasətçiləri Azərbaycanı açıq şəkildə tənqid edir. Gergerlioğlu kimi keçmişdə terror təşkilatlarının təbliğatı ittihamı ilə məhkum olunan birinin Azərbaycana qarşı tənqidləri emosional və siyasi məqsədli manipulyasiya xarakteri daşıyır.

Azərbaycanın İsraillə strateji əməkdaşlığı milli maraqlara əsaslanır və Türkiyə ilə münasibətlərin pozulmasına xidmət etməz. Münasibətlərin İsrailə dəstək kimi şərh edilməsi, ya da Bakını müharibənin tərəfi kimi göstərmək ancaq Azərbaycan-Türkiyə qardaşlığının zədələnməsinə səbəb olar.

Bu problemlərin həlli yalnız hər iki tərəfdə rasional və faktlara əsaslanan dialoqla mümkündür. Türkiyə ictimaiyyətində mövcud olan emosional gərginliklərin azalması, həmçinin xarici siyasət məsələlərinin təfərrüatlı və balanslı dərk edilməsi vacibdir. Hələlik biz Türkiyədən gələn ittihamların şahidi oluruq. Məsələn, “Avroviziya” mahnı müsabiqəsi ilə bağlı tənqidlər bunlardan bəlkə də ən absurd və tragikomikidir. Azərbaycanın İsrailə 12 xal verməsi Türkiyə ictimaiyyətində ciddi emosional reaksiya doğurub. Bu addım bəziləri tərəfindən “Fələstin məsələsində İsraili dəstəkləmək” kimi yozuldu, tənqid olundu. Lakin bu yanaşma da faktlardan uzaqdır. Maraqlıdır ki, Azərbaycanın “Avroviziya”da İsrailə verdiyi 12 xal ilk deyil. Bakı həmçinin Gürcüstan, Yunanıstan, Baltikyanı ölkələr və digər qonşularına da yüksək xal verib.

Nəticə etibarilə bu emosional manipulyasiyalar Azərbaycanın Türkiyə ilə münasibətlərinə zərbə vurmaq üçün istifadə olunan alətə çevrilir. Halbuki Azərbaycan Türkiyənin Ermənistanla münasibətləri normallaşdırmaq cəhdlərinə heç vaxt eyni emosional reaksiya ilə yanaşmayıb. Azərbaycanın təmkinli mövqeyi 2022-ci ildən bəri Türkiyə-Ermənistan yaxınlaşmasına dair konkret nümunələrdə özünü göstərib. Maraqlıdır ki, keçmişdə Türkiyə də Ermənistana yüksək xal verib, lakin bu, Azərbaycanda siyasi təpkilərə səbəb olmayıb.

Bu gün hər iki ölkə üçün həyati əhəmiyyət daşıyan regional sabitlik, enerji təhlükəsizliyi və milli maraqların qorunması naminə qarşılıqlı etimada əsaslanan səmimi dialoq bərpa edilməli, emosional və qərəzli yanaşmalar dayanmalıdır. Əks halda, bu cür dezinformasiyalar və daxili siyasi alətlər kimi istifadə olunan ritorikalar yalnız Azərbaycan-Türkiyə münasibətlərinə deyil, ümumilikdə türk dünyasının həmrəyliyinə və regional təhlükəsizliyə zərbə vurmuş olacaq!

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 04 İyun 2025 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

04 Sentyabr 2025 02:10see225

Türkiyədə şübhəli maddənin iyindən zəhərlənən 9 polis xəstəxanaya yerləşdirilib

03 Sentyabr 2025 07:22see210

Husi qüvvələri Təl Əvivdə hədəfləri raketlərlə vurduğunu iddia edir

03 Sentyabr 2025 18:37see171

İrandakı daxili siyasi gərginliyin kökündə nə dayanır?

04 Sentyabr 2025 14:37see162

İranın Azərbaycandakı səfirliyinə bir neçə XATIRLATMA VİDEO

02 Sentyabr 2025 20:43see159

Ekspert: Parlaq çamadan oğrular üçün “cazibədar hədəf”dir

03 Sentyabr 2025 11:23see145

Hələ qol vurmadan Fənərbaxçanın tarixinə düşdü

03 Sentyabr 2025 07:36see138

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see138

Hərbi xidmət yaşının artırılması təhsilə necə təsir edər?

03 Sentyabr 2025 13:21see137

ABŞ də kişi görüşdə ayağını iyləməyə icazə verməyən qızın üzərindən avtomobillə keçdi

04 Sentyabr 2025 04:31see132

Rusiya Hindistana əlavə S 400 satır Danışıqlar yekunlaşır

03 Sentyabr 2025 00:13see131

Qazaxıstanda aviasiya təhlükəsizliyi üzrə ICAO auditi aparılır

03 Sentyabr 2025 02:43see130

Məni azadlığa buraxın, qeyri adi istedadım var İlhamə Elşadqızı

03 Sentyabr 2025 13:18see127

Türkiyədə dəhşət: İldırım ata və oğlunun həyatına son qoydu

04 Sentyabr 2025 00:53see126

Lissabonda funikulyor relsdən çıxdı − Ölənlər var

03 Sentyabr 2025 23:28see126

Yaponiyada 80 yaşlı qadın özünü astronavt kimi təqdim edən fırıldaqçının qurbanı olub

03 Sentyabr 2025 06:33see126

İslandiya millisinin yarımmüdafiəçisi: Azərbaycan bizi cəzalandıra bilər

03 Sentyabr 2025 23:00see125

Lazer faraların istehsaldan çıxarılmasının SƏBƏBİ

02 Sentyabr 2025 21:00see123

Tramp Rusiyaya gedə bilər Vacib şərt açıqlandı

03 Sentyabr 2025 13:46see121

Ərdoğan ABŞ yə çağırış etdi

02 Sentyabr 2025 19:26see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri