Icma.az
close
up
RU
“Bakıya bayraq sancacağıq” əbləhliyi O şəxs dərhal vəzifədən azad edilməlidir

“Bakıya bayraq sancacağıq” əbləhliyi O şəxs dərhal vəzifədən azad edilməlidir

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

İranda Azərbaycan və Türkiyəyə qarşı təhdid çağırışlarının edilməsi bu ölkənin Suriyada məğlub olması və Yaxın Şərq strategiyası-planında ciddi itkilərlə üzləşməsi ilə paralellik təşkil edir. Tədbirin Ərdəbildə keçirilməsi və “Şah İsmayıl Xətainin nəvələri” adı ilə çağırışlar edilməsi də İranın məzhəbçiliyə əsaslanan siyasətindən irəli gəlir. Və birdən çox hədəfə hesablanıb.

Birincisi, Əsədin devrilməsindən sonra Suriyada güclənən və İranın mövqelərini tamamilə nəzarətə götürən Türkiyəyə müttəfiqi Azərbaycanı hədəf seçməklə kontr-cavab verməyə çalışırlar. Bu, həm də Tehranın Ankaraya “Suriyada mənim də mövqelərimi nəzərə al” mesajını vermək, nəzərə alınmayacağı təqdirdə, “nələr edə biləcəyini” sərgiləmək cəhdidir. “Şah İsmayılın nəvələri Bakıda bayraq sancacaq” təhdidi də buna hesablanıb.

İkincisi, Güney Azərbaycan ictimai rəyində Bakıya qarşı anti-münasibət formalaşdırmaq məqsədi daşıyır. Bu, Tehranın perspektiv qorxularından qaynaqlanır. Çünki Yaxın Şərqdə “müqavimət oxu” dağıldıqdan sonra İran ətrafında çəmbər daralır və proseslərin pozitiv-neqativ olmaqla iki ssenari üzrə davam etməsi gözləntiləri artır: pozitiv – rejimin dəyişdirilməsi; neqativ – ölkənin mümkün parçalanması;

Hər iki proses İrandakı xalqların azadlığı – heç olmasa mədəni haqlarının təmin edilməsi tələblərini də aktuallaşdıracaq. Ki, güneyli soydaşlarımızın ünvanının Bakı və Ankara olacağı bəllidir. İran rejimi bu perspektivə qarşı məzhəb kartından istifadə etməyə çalışır və təbliğatın artacağı aydındır. Artıq Azərbaycan auditoriyasına hesablanmış qruplar vasitəsilə Türkiyə haqqında mənfi rəyin yaradılmasına start verilib.

Üçüncüsü, İran həm daxili auditoriyada, həm də “müqavimət oxu” coğrafiyasında diqqəti “yeni düşmənlər” üzərinə fokuslayır. Düşmən kimi Ankaranı görsələr də, Xamenei Əsədin devrilməsində Türkiyənin adını çəkə bilmədiyi kimi, mesajı da birbaşa yox, Azərbaycan üzərindən verməyə cəhd edirlər. Eyni zamanda, Tehran Yaxın Şərqdə heç nə edə bilmədiyi İsrailə qarşı fərqli istiqamətdə “cəbhə” aça biləcəyini sərgiləyir və adətən Azərbaycanın “cəbhə” seçilməsi İranda SEPAH qanadı tərəfindən edilir.

Əsas diqqətçəkən məqam İranın Bakıdakı səfirinin baş verən hadisəyə görə XİN-ə çağırılmasından dərhal sonra Tehranın rəsmi informasiya siyasətinə dəyişiklik etməsidir.

İran xarici işlər nazirinin müavini Müctəba Dəmirçilu bəyan edib ki, Ərdəbildəki tədbirdə səslənən təhdidlər Tehranın rəsmi mövqeyi deyil. Rəsmi İRNA agentliyi də yazır ki, sözügedən təhdidlər qeyri-rəsmi şəxs tərəfindən planlaşdırılmamış şəkildə səsləndirilib. Halbuki, “qeyri-rəsmi şəxs” adlandırılan “məddah” SEPAH-ın rəsmi qurumu sayılan “Ənsar əl-Mehdi Heyəti” təşkilatının Ərdəbil şöbəsinin rəhbəridir və o, təhdidlər səsləndirərkən, Ameli başda olmaqla tribunada əyləşən rəsmi şəxslər feyzyab olurdu.

İran bu təhdidlərin rəsmi mövqeyi olmadığını ispatlamaq üçün “qeyri-rəsmi şəxs” adlandırdığı rəsmi şəxsi tutduğu vəzifədən azad edilməlidir. O zaman rəsmi açıqlamanın səmimiliyinə inanmaq olar.

Asif Nərimanlı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 03 Yanvar 2025 07:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri