Icma.az
close
up
RU
“Bayraq mənliyimdir, bayraq kimliyim”

“Bayraq mənliyimdir, bayraq kimliyim”

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının Tədbirlər Planına uyğun olaraq 05 noyabr 2025-ci il tarixdə 9 Noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı günü münasibətilə YAP Masallı rayon təşkilatı aparatında “Bayraq mənliyimdir, bayraq kimliyim” mövzusunda tədbir keçirilmişdir.

Tədbirdə Ulu öndər Heydər Əliyevin eləcədə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev qarşıdan gələn 8 Noyabr Zəfər günü, 9 noyabr Bayraq günü və 21 noyabr Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 33 illiyi münasibətilə tədbir iştirakçılarını təbrik etmişdir.

Seyfəddin Əliyev Şanlı Bayrağımız haqqında geniş məlumat vermiş və qeyd etmişdir ki, Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdən sayılan üçrəngli bayrağımız hər bir Azərbaycan vətəndaşında - yeniyetmə, gənc və yaşlılarda yüksək vətənpərvərlik duyğuları aşılayır. Bayraq insanlarda vətənə sevgi və məhəbbət hissləri yaradır. Gənc nəsilin Azərbaycan bayrağına hörmət ruhunda tərbiyə edilməsi, vətəndaş cəmiyyətinin yaradılması və möhkəmləndirilməsinə xidmət göstərir.

Azərbaycanın dövlət atributlarının, xüsusilə bayrağının önəmi böyükdür. 9 noyabr – Azərbaycan Respublikası Bayrağı Günü, müstəqil Azərbaycanın milli kimliyinin və dövlətçiliyinin simvolu olaraq hər il böyük coşqu ilə qeyd olunur. Bu gün ölkəmizin tarixi və siyasi həyatında xüsusi bir yer tutan, xalqın mübarizəsinin və qələbəsinin rəmzi olan bayrağın, onun tarixinin və əhəmiyyətinin xatırlanması üçün vacibdir. 2009-cu il noyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər il noyabrın 9-u Dövlət Bayrağı Günü kimi qeyd edilməsini xüsusi sərəncamla imzalamışdır. Prezidentin bu addımını xalqımız Azərbaycan dövlətçiliyinə və onun rəmzlərinə xüsusi hörmət və ehtiramı kimi qəbul etmişdir.

Natiq vurğulamışdır ki, Dövlət Bayrağı Gününün qeyd olunması tarixi XX əsrin əvvəllərinə aiddir. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurularkən, dövlətin rəmzi olaraq üçrəngli bayraq qəbul edildi. Bu bayrağın rəngləri: mavi, qırmızı və yaşıl idi. Bayrağın mavi rəngi Türk mənşəli xalqımızın milli istiqlaliyyətini, qırmızı rəngi demokratikləşmə və inkişaf prosesini, yaşıl rəngi isə İslam dini ilə bağlılığını ifadə edirdi. Sovet İttifaqının tərkibində olduğu dövrdə Azərbaycan bayrağı dəyişdirildi. Lakin Suverenliyimizi bərpa etdiyimiz ildə -1990-cı il noyabrın 17-də Ümümmilli Liderimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada, Naxçıvan Muxtar Respublikasının Ali məclisində Dövlət Bayrağı olaraq yenidən üçrəngli bayrağımız təsdiq edilmişdir. Ulu öndərin: “Milli bayraq 1918-ci ildə Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş üçrəngli bayraqdır. Bu bayrağı sessiyanın salonuna gətirdik, başımızın üstünə vurduq” sözləri hər bir vətəndaşımızın xatirindədir. Beləliklə, 9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi rəsmiləşdirildi.

Tədbirdə Masallı şəhər 2 saylı tam orta məktəb ərazi partiya təşkilatının sədri Mehriban Əzizova çıxış edərək bildirmişdir ki, ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir. Özünütəsdiq simvolu olan bayraq hər bir Azərbaycan vətəndaşı üçün qürur və güvənc yeridir. Dünya dövlətləri bayraqları sırasında şərəfli yer tutan Dövlət bayrağımız bu gün bütün dünya azərbaycanlılarının həmrəylik və azərbaycançılıq məfkurəsinə çevrilib. Bu gün üçrəngli bayrağımız beynəlxalq təşkilatların iqamətgahları qarşısında mavi göylərdə dalğalanır.

Sonda partiya fəallarından Şəhriyar Mübarizli, Humay Əliyeva və başqaları çıxış edərək bayrağımızın keçdiyi tarixi yola qısa nəzər salaraq bildirmişlər ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayraq xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 05 Noyabr 2025 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see778

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see742

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see737

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see534

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see527

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see496

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see392

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see380

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see368

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see355

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see338

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see331

İnnovasiya xəritəsində yüksələn Azərbaycan

07 Oktyabr 2026 17:54see287

Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

07 Oktyabr 2026 17:46see279

Putin Azərbaycandan keçəcək “Şimal Cənub” dəhlizi boyu hansı torpaqların pulla alınmasından danışdı?.. ARAŞDIRMA

07 Oktyabr 2026 17:20see261

Azərbaycan Kuboku: 2 oyuna 18 qol

07 Oktyabr 2026 18:11see244

Onun Azərbaycanla əlaqəsi yoxdur Alman kəşfiyyatı

07 Oktyabr 2026 18:13see244

Ümumdünya Layiqli Əmək Günü ilə əlaqədar tədbir keçirilib

07 Oktyabr 2026 18:16see240

Arteta Arsenal la müqaviləsini uzatdı maaşı da bəlli oldu

07 Oktyabr 2026 18:14see240

Qızılın qiyməti avqustun əvvəlindən ilk dəfə 4 100 dollardan aşağı düşüb

07 Oktyabr 2026 17:35see226
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri